
Talıbov Talıb Atalı oğlu 20 noyabr 1963-cü ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. O, 1971–1981-ci illərdə Gəgəli kənd orta məktəbində təhsil almışdır. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb İnstitutunun Urologiya kafedrasında kliniki ordinator kimi fəaliyyətə başlamışdır. 1993–1996-cı illərdə ATU-nun Urologiya kafedrasının aspirantı olmuş, 1996-cı ildə “Prostat vəzinin adenomektomiyası zamanı yeni hemostaz üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1996-cı ildən ATU-nun Urologiya kafedrasında assistent, 2009-cu ildən isə dosent vəzifəsində çalışır. 2001–2021-ci illər ərzində kafedranın tədris hissə müdiri vəzifəsini icra etmişdir.
2021-ci ildə “İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsinin müasir aspektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi araşdırmaları nadir və ağır formalı böyrək daşlarının müasir cərrahi üsullarla müalicəsinə həsr olunmuş və ölkədə bu sahə üzrə aparıcı tədqiqat işlərindən biri kimi qiymətləndirilmişdir.
Tədqiqat sahəsinə nefrolitiaz və onun cərrahi müalicəsi, prostat vəzi xəstəliklərinin cərrahi yolla müalicəsi, urologiyada hemostazın müasir yanaşmaları, həmçinin mərcanvari və çoxsaylı böyrək daşlarının cərrahi çıxarılması daxil olur.
O, Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş "Urologiya" dərsliyinin müəllifidir. Yerli və xarici jurnallarda 100-ə yaxın elmi məqaləsi, 1 monoqrafiyası və 1 metodik vəsaiti nəşr olunmuşdur. Müxtəlif beynəlxalq və yerli elmi kurs və konfranslarda məruzələrlə çıxış etmişdir.
Hazırda elmi, pedaqoji və müalicə işləri üzrə fəaliyyətini davam etdirir
· 1991 — Kliniki ordinator, Urologiya kafedrası
· 1993–1996 — Aspirant, Urologiya kafedrası
· 1996–2009 — Assistent, Urologiya kafedrası
· 2001–2021 — Tədris hissə müdiri, Urologiya kafedrası
· 2009–indiyədək — Dosent, Urologiya kafedrası
· 2021 — Doktorluq dissertasiyası müdafiəsi
· 2005–indiyədək — “Urologiya” dərsliyinin müəllifi, çoxsaylı elmi məqalələr, monoqrafiya və metodik vəsait müəllifi
· Müxtəlif illər — Beynəlxalq və yerli konfranslarda aktiv iştirak
· 1971–1981 — Gəgəli kənd orta məktəbi
· 1985–1991 — N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu, Müalicə-profilaktika fakültəsi (fərqlənmə diplomu)
· 1991–1993 — Kliniki ordinatura, Urologiya kafedrası, Azərbaycan Tibb İnstitutu
· 1993–1996 — Aspirantura, Urologiya kafedrası, ATU
· 1996 — Namizədlik dissertasiyası müdafiəsi
· 2021 — Doktorluq dissertasiyası müdafiəsi
· Nadir və ağır formalı nefrolitiazın müalicəsi üzrə qabaqcıl tədqiqatçı – ikitərəfli mərcanvari və çoxlu böyrək daşlarının cərrahi müalicəsi sahəsində Azərbaycanda aparıcı mütəxəssislərdən biri kimi tanınır.
· Yeni hemostaz üsullarının elmi əsaslandırılması – prostat vəzinin adenomektomiyası zamanı tətbiq olunan yeni hemostaz metodunun işlənməsi və namizədlik dissertasiyası səviyyəsində müdafiəsi.
· Doktorluq dissertasiyası müdafiəsi (2021) – “İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsinin müasir aspektləri” mövzusunda fundamental klinik tədqiqatın uğurla tamamlanması.
· ATU-nun Urologiya dərsliyinin müəllifi – ölkədə tibbi təhsil üçün əsas mənbələrdən biri olan “Urologiya” dərsliyinin həmmüəllifi (2005).
· 100-ə yaxın elmi məqalənin müəllifi – yerli və beynəlxalq jurnallarda dərc olunan elmi işləri urologiyanın aktual problemlərini əhatə edir.
· 1 monoqrafiya və 1 metodik vəsaitin müəllifi – urologiyanın seçilmiş mövzularına dair elmi-nəzəri bazanın gücləndirilməsi.
· Urologiya kafedrasında uzunmüddətli rəhbərlik təcrübəsi – 2001–2021-ci illər ərzində Tədris hissə müdiri kimi kafedranın təşkilati və akademik inkişafında mühüm rol oynayıb.
· Dosent elmi-pedaqoji adı – 2009-cu ildən etibarən Urologiya kafedrasında dosent kimi fəaliyyət göstərir.
· Beynəlxalq və yerli konfranslarda fəal iştirak – müxtəlif elmi tədbirlərdə məruzələrlə çıxış edərək Azərbaycan urologiyasını beynəlxalq platformalarda təmsil etmişdir.
· Peşəkar tibb mütəxəssislərinin hazırlanmasına mühüm töhfə – uzun illər ərzində tələbələrin və rezidentlərin tədrisində yüksək nəticələr.
1.Imamverdiyev S.B. Talıbov T.A.Uroloğiya ,Dərslik Bakı-2005,496 səh.
2.Имамвердиев С. Б. Талыбов Т.А.Место открытых операция в лечении коралловидного и множественного нефролитиаза Международный журнал прикладных и фундаментальных исследований" Moсквa 2012,№12, ст.51-60.
3. Талыбов Т.А . Наш опыт проведения открытых операций по поводу двустороннoго коралловидного и множественного нефролитиаза., Международный журнал прикладных и фундаментальных исследований" Москва 2012,№12, ст.51-60.
4.Имамвердиев С. Б. Талыбов Т.А.Гадимова Э. А. Талыбова М. З.Случай открытого хирургического лечения коралловидного нефролитиаза у пациента с дефицитом VII фактора Казанский медицинский журнал- Казанский медицинский журнал- Kazan-2019 Том 100, № 5.
5.Имамвердиев С.Б., Талыбов Т.А., И.Ф.Махмудов Результаты открытого хирургического лечения двустронного королловидного и множественного нефролитиаза. Казанский медицинский журнал,2018, Том ХCIX, ,№ 4, cт722-729.