Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Yusif Astanov 31 iyul 1968-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunda anadan olmuşdur. Orta təhsilini 1975–1985-ci illərdə Saatlı rayon S.Vurğun adına 1 saylı məktəbdə almışdır. 1985–1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə–Profilaktika fakültəsində təhsil alaraq həkim ixtisası əldə etmişdir.

1993–1998-ci illərdə Saatlı Mərkəzi Rayon Xəstəxanasının Urologiya şöbəsində uroloq-androloq kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasında ordinaturanı tamamlamışdır.

2000-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetində baş laborant və eyni zamanda müxtəlif tibb müəssisələrinin bazalarında yerləşən Urologiya kafedrasında uroloq-androloq kimi çalışır. 2003-cü ildən etibarən ATU Urologiya Kafedrasının Həmkarlar Təşkilatının sədridir.

Yusif Astanov ölkə daxilində və xaricində keçirilən çoxsaylı kurs və elmi-praktik simpoziumların iştirakçısı olmuş, urologiya və androloji sahəsində müasir trendlərin tətbiqinə töhfə vermişdir. 2016-cı ildə “İlin Səhiyyə İşçisi” Media Mükafatına layiq görülmüşdür.

Ailəlidir, Bakı şəhərində yaşayır. Rus dilində sərbəst danışır, kompüter biliklərinə malikdir.

Akademik fəaliyyət

1993–1998 – Saatlı MRX, Urologiya şöbəsi – Uroloq–Androloq
2000–indiyə qədər – Azərbaycan Tibb Universiteti – Baş laborant
2000–2005 – Mərkəzi Dənizçilər Xəstəxanası, Urologiya kafedrası – Uroloq–Androloq
2003–indiyə qədər – ATU Urologiya Kafedrasının Həmkarlar Təşkilatının sədri
2005–indiyə qədər – Akad. Mirqasımov adına RKX, Urologiya kafedrası – Uroloq–Androloq

Təhsil

1975–1985 – Saatlı rayon S.Vurğun adına 1 saylı orta məktəb
1985–1992 – Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Müalicə-Profilaktika fakültəsi
1998–2000 – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası – Ordinatura
2003 – (tamamlanmayıb) – ATU Urologiya kafedrası – Doktorantura

Nailiyyətlər (Adlar)

2006 – Türk Cümhuriyyətləri Androloji Simpoziumu (Bakı)
• 2007 – Uro-Onkologiyanın Əsasları Simpoziumu (Bakı)
• 2011 – Türkdilli Ölkələrin I Tibb Konqresi (Bakı)
• 2012 – “Urologiya və Andrologiyanın Nailiyyətləri” Simpoziumu (Qəbələ)
• 2013 – AUA & AAA VII Simpoziumu (Bakı)
• 2015 – 6-cı Üroonkoloji Qış Konqresi və kursu (Bakı)
• 2015 – AUA & AAA IX Simpoziumu (Qəbələ)
• 2016 – XVI Konqress Российского Общества Урологов (Ufa)
• 2017 – Azərbaycan Uroloq və Androloqlarının XI Simpoziumu (Mingəçevir)
• 2017 – UroTechnology Training (Bakı)
• 2018 – XII Simpozium (Bakı)
• 2019 – “Мужское Здоровье” XV Konqresi (Soçi)

Daxili qrantlar

2016 – “İlin Səhiyyə İşçisi” Media Mükafatı

 

Üzv olduğu qurum

Azərbaycan Uroloqlar Assosiasiyası (AUA)

Azərbaycan Reproduktiv Təbabət Assosiasiyası (ARTA