
Rəhimov N.R 1978-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 1978-ci ildən 1979-cu ilə qədər 1 saylı mərkəzi tibbi klinikasında interna vəzifəsində çalışmışdır. 1979-cu ildən, 2010-cu ilə qədər Bakı şəhər onkoloji dispanserin radioloji şöbəsində həkim radioloq vəzifəsində işləmişdir. 13 il şöbə müdüri vəzifəsində çalışmışdır. 1987-ci ildə Moskva şəhərində onkoloji xəstələrin şüa müalicəsi kurslarını bitirmişdir. 2017-ci ildə Azərbaycan-Belarus birgə qrant müsabiqəsi üzrə qalib gəlmişdir. Konfranslarda iştirak etmişdir. Tezislər yazmışdır. 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “ Şüa diaqnostikası və terapiyası ” kafedrasında assistent vəzifəsində çalışır.
2010-cu ildən “ Şüa diaqnostikası və terapiyası ” kafedrasında assistent
Ali. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsi
2017-ci ildə Azərbaycan-Belarus birgə qrant müsabiqəsi üzrə qalib gəlmişəm.