
Dr.Rafiq Çobanov 1944-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşam. 1951-ci ildə Bakı şəhər 15 saylı məktəbin I sinfinə daxil olmuşam və oranı 1961-ci ildə bitirmişəm.
1961-ci ildə N.Nərimanov adına ADTİ-nin sanitariya-gigiyena fakültəsinə daxil olmuşam, 1967-ci ildə oranı bitirib, təyinatlı S.M. Kirov adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna kiçik elmi işçi vəzifəsinə göndərilmişəm. 1981-ci ilə qədər həmin institutda qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışam. 1981-ci ildən 1988-ci ilə kimi həmin institutda direktor müavini işləmişəm. 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişəm.1976-cı ildə isə mənə AAK tərəfindən baş elmi işçi attestatı verilmişdir. 1985-ci ildə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişəm. 1988-ci ildə institutlar birləşdirildikdən sonra V.Y. Axundov adına Tibbi Profilaktika İnstitutunda parazitologiya şöbəsinin müdiri, aparıcı elmi işçi vəzifələrində çalışmışam. 1990-cı ildə professor elmi adım təsdiq edilmişdir. 1996-2003-cü illərdə AAK-ın eksperti. Elmi jurnalların redaksiya heyətinin üzvü (Bakı, Moskva, Sankt-Peterburq). ATU və MEA-nın problem komissiyalarının üzvü. Səhiyyə Nazirliyinin attestasiya və sertifikasiya komissiyalarının sədriyəm. 2005-ci ildən 2023-cü ilə kimi Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri işləmişəm. 2023-cü ildən hal hazıradək həmin kafedrada professor vəzifəsində çalışıram.
Səhiyyə müəssisələrində risklərin idarə edilməsi Çobanov R.Ə., Hacıyeva Y.H.
Səhiyyədə menecment. Dərslik. Bakı, 2020. R.Ə.Çobanov
Популяционная оценка содержания триглицеридов в крови взрослого населения. Евразийский Кардиологический Журнал, Москва. 2020, №2 Р.Э.Чобанов, В.А.Азизов, Я.Г.Гаджиева