Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Anar Əzəm oğlu Ağayev 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Ali tibb təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetində başlayaraq, 2001-ci ildən 2004-cü ilədək Sosial Gigyena və Səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-cü ildən 2008-ci ilədək həmin kafedrada assistent vəzifəsində fəaliyyət göstərmişdir.  A.Ağayev 2007-ci ildə namizədlik dissertasiyası uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

2008-ci ildən 2012-ci ilə qədər İctimai Sağlamlıq və Səhiyyənin təşkili kafedrasında baş müəllim, 2012-ci ildən 2018-ci ilədək dosent vəzifəsində çalışıb. Doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa catdıran Anar Ağayevə 2017-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Üzrə Elmlər Doktoru adı verilmişdir. A.Ağayev 2006-cı ildən 2017-ci ilə qədər İctimai Sağlamlıq və Səhiyyənin təşkili kafedrasında tədris hissə müdiri kimi çalışmış, 2018-ci ildə isə həmin kafedrada müsabiqə yolu ilə professor seçilmişdir.

2008-ci ildən 2017-ci ilə qədər Azərbaycan Tibb Universitetinin Stomatologiya kafedrasında dekan müavini vəzifəsində çalışmışdır. Professor A.Ə. Ağayev 2017-ci ildə Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2022-ci ilədək dekan kimi fəaliyyət göstərən A.Ə.Ağayev, 2022-ci ilin dekabr ayından etibarən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), İlkin Səhiyyə və Təcili Yardım departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin avqust ayından başlayaraq TƏBİB nəzdində Tibbi Xidmətlərin Təşkili departamentinin rəhbəri, 2025-ci ildə isə TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. A.Ə.Ağayev 2025-ci il sentyabr ayından etibarən Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.

Professor A.Ə Ağayevin 25-dən çox elmi əsəri Beynəlxalq nəşrlərdə dərc edilmişdir, ümumilikdə 80-dən artıq elmi əsərin, 1 dərslik, 8 dərs vəsaiti , 1 monografiya, 1 metodik tövsiyyənin müəllifidir. Onun rəhbərliyi ilə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün və “Menecment” (Səhiyyə sahəsi)  ixtisası üzrə magistrlik dissertasiyaları müdafiə edilmişdir.

Akademik fəaliyyət

Professor: Azərbaycan Tibb Universiteti  2018 – hal-hazıradək

Dosent:   Azərbaycan Tibb Universiteti  2012 – 2018

Baş müəllim :  Azərbaycan Tibb Universiteti  2008 – 2012

Assistent :   Azərbaycan Tibb Universiteti  2004 - 2008

Baş laborant:   Azərbaycan Tibb Universiteti  2001-2004

 

Təhsili

İctimai sağlamlıq və səhiyyənin təşkili ixtisası üzrə tibb elmləri doktoru.

 Azərbaycan Tibb Universiteti  2008–2017

Səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktoru

Azərbaycan Tibb Universiteti  2002–2007

Müalicə işi fakultəsi

Azərbaycan Tibb Universiteti  1996 – 2002

Nailiyyətlər (adlar)

Azərbaycanda və ümumilikdə Türk dünyasında tibb elminin inkişafına göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

 

 

Peşə və pedaqoji inkişaf

1. ADA universiteti "Stratejik Planlaşdırma və İdarəetmə" təlimi (2024)

2. "Tibbi təchizatçılar ilə müqavilələrin bağlanması üzrə təlimçilərin təlimi (4-7 mart, 2019)

3. WHO Barcelona, Course on Health Financing for Universal Health Coverage, WHO (Barcelona, Spain, mart, 2019)

4. "Inter-country retreat: integrating public health and primary health care services in the European Region" (WHO (ÜST), Ljubljana, Slovenia, 26-28 fevral, 2020

5. "Main Clinical Topics in Emergency Medicine Symposium "held on Emergency Care System Strengthening Week (WHO (UST) 6-13 Fevral, 2022)

6. ÜST-ün Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilmiş "Təməl Tədrisçi İnkişafı Proqramı" üzrə təlimçilərin təlimi (31 mart-08 aprel, 2022-ci il)

Kitab

 Hipertoniya müasir tibbi social problem kimi. Monografiya, Bakı.2021.

Səhiyyədə menecment. Dərslik. Bakı, 2020. R.Ə.Çobanov

Məqalə

1. Р.Э. Чобанов, В.А. Азизов, Я.Г. Гаджиева, А.А. Агаев. Популяционная оценка содержания триглицеридов в крови взрослого населения. "Евразийский Кардиологический Журнал" №2. Москва. 2020

DOİ

2. А.А. Агаев, А.Ф. Мехтиева, А.Г. Джафарова. Подверженность и причины формирования избыточной массы тела и ожирения у женщин репродуктивного возраста. "Астраханский Медицинский Журнал", Том 17, №4. Астрахань. 2022

DOI

3. A.F. Mekhtiyeva, A.G. Jafarova, A.A. Agayev, R.G. Naghiyeva. The Relationship between Socio-Demographic Indicators and the Age of Marriage of Women in Azerbaijan. "Український журнал медицини, біології та спорту", Том 7, №5 (39), Киев, 2022

DOİ - DOİ

4. Y.H. Hajiyeva, A.A. Aghayev. Gender and age characteristics of the prevalence of hypercholesterolemia in the population (Гендерны та викови характеристики поширения гиперхолетеринемии у популяции). "Свит Медицини та биологии" №4 (82). Полтава, 2022

DOİ - DOİ 

5. Ф.Ф. Гаджиева, В.А. Азизов, А.А. Агаев, Г.Ш. Ширалиева. Возможности влияния телемедицины на уровень систолического артериального давления у больных сахарным диабетом в сочетании с артериальной гипертензией. "Лечащий Врач", Том 25, №12. Москва, 2022 

DOİ

6. О.Ш. Мехралиев, А.А. Агаев. Вариабельность ритма сердца и качество жизни у больных с метастазами рака молочной железы. "Клиническая медицина", Том 101, № 6. Москва, 2023 

DOI

О.Ш. Мехралиев. Деяки показники серцевои функции и яркости життя у пациенток из раком молочной залози тайого ускладненнями. "Свит Медицини та биологии" №1 (83). Полтава 2023

 

Üzv olduğu qurum

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və Əczaçılıq Elmləri üzrə Ekspert Şurasının üzvü

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Səhiyyənin təşkili ixtisası üzrə eksperti – 2023-cü ildən

Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin Akademik üzvü – 2021-ci ildən

Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Elmi Şurasının üzvü – 2018-ci ildən

Ali Attestasiya Komissiyasının Səhiyyə və onun təşkili ixtisası üzrə (32.12.01) Elmi seminarın sədri - 2019-2023

Magistr

Həsənov  M.F. - Müasir şəraitdə tələbələrə göstərilən tibbi profilaktik yardımın təşkili və yaxşılaşdırılması yolları. 224115 – Menecment (səhiyyə sahəsi üzrə), 2022-2024

Cabbarlı N.İ. - Səhiyyə sektorunda  həkimin tibbi heyətlə, xəstə və xəstə yaxını ilə ünsiyyətinin xüsusiyyətləri. 224115 – Menecment (səhiyyə sahəsi üzrə), 2021-2023