Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Dr Gülxanım Əliyeva Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə və Səhiyyənin Təşkili kafedrasının assistentidir.

     Gülxanım Əliyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasına baş laborant vəzifəsinə işə qəbul edilmişdir. Həmin vəzifədə işləyərkən o tədris prosesilə yaxından maraqlanmış təcrübə dərsalərinin təşkilinə uğurla rəhbərlik etmişdir. Eyni zamanda o, kafedranın planlı elmi-tədqiqat işlərilə yaxından maraqlanmış və 2004-2007-ci illərdə “Neft istehsalının bərk tullantılarının torpağın sanitariya vəziyyətinə təsiri aspektlərində tədqiqat” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Dissertasiyanı 2008-ci ildə bittmişdir və  tibb üzrə fəlsəfə doktoru adını almışdır. 2021-ci ilə qədər Ümumi gigiyena və ekologiya kafedrasında assistent vəzifəsində calışan Gülxanım Əliyeva üç dildə (Azərbaycan, Rus və İngilis) praktiki məşğələlər aparırdı,    

ATU-da aparılan inovasiya və islahatlarla əlaqədar Gülxanım Əliyeva müəllimlik fəaliyyətini İctimai Səhiyyə və Səhiyyənin Təşkili kafedrasında davam etdirib.

 Dr.Əliyeva müəllimlik fəaliyyəti ilə yanaşı akademik  məsləhətçi kimi stomatologiya fakültəsinin dekanlığında çalışır və stomatologiya sahəsində gələcək mütəxəssislərin formalaşmasında fəal iştirak edir.

 Gülxanım Əliyeva bakalavrlarla də ictimai iş aparır. Uzun illər onun rəhbərliyi altında müxtəlif fakültələrin tələbələri SSS-də uğurla elmi-tədqiqat işləri aparmış və bəziləri yüksək mükafatlara layiq görülmüş, beynəlxalq konfranslarda öz işlərini təqdim etmişlər.

  Doktor G. Əliyeva kafedranın elmi fəaliyyətində də fəal iştirak edir. Kafedranın əməkdaşları ilə birlikdə aparılan elmi-tədqiqat işləri nəticəsində məqalələr çap olunur, metodik proqramlar və sillabuslar hazırlanır. G. Əliyeva həmçinin öz biliklərini bölüşmək və həmkarları ilə əməkdaşlıq etmək üçün konfrans, seminar və ustad dərslərində fəal iştirak edir.

Akademik fəaliyyət

Baş laborant 2001-2007

Azərbaycan Tibb Universiteti, Ümumi gigiyena və ekologiya kafedrasında

Assisitent 2008 -2021

Azərbaycan Tibb Universiteti, Ümumi gigiyena və ekologiya kafedrası

Assisitent 2021- hazırki dövrə qədər

Azərbaycan Tibb Universiteti, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

Akademik məsləhətçi

Azərbaycan Tibb Universiteti Stomatologiya fakültəsi* 2021-dən hal-hazıradək

Təhsili

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu (Tələbə)

Azərbaycan Tibb Universiteti (Aspirant)

Nailiyyətlər (adlar)

Gigiyena ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru                                   

Elmi araşdırma sahəsi

Neft istehsalının bərk tullantılarının torpağın sanitariya vəziyyətinə təsiri aspektlərində tədqiqat

Məqalə

«Содержание тяжелых металлов в организме детей проживающих в городской  и сельской местности», Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Betnalxalq elmi konfransın materialları. Bakı – 2020s. 95-102

«Usaq evlərinin məktəbli sakinlərinin xəstələnmə göstəricilərin barədə», Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Betnalxalq elmi konfransın materialları. Bakı – 2020 s. 115-118

«İş şəraitinin və psixoemosional amillarin əczaçılıq müəssisələrinin işçilərinə təsiri», Elmi Tədqiqat Beynalxalq Elmi Jurnal 2025 / Cild :5 saylı:/195-199

«ƏCZAÇILIQ MÜƏSSISƏLƏRINDƏ ALICILARIN PSIXOTIPLƏRI PSYCHOTYPES OF BUYERS IN PHARMACEUTICAL ESTABLISHMENTS» KARABAKH 5 th International Scientific Research Congress 23-24 JULY 2025 Odlar Yurdu University, Cild 3, İSBN : 979-8-89695-1 , 115 s.

«YAŞLI İNSANLARIN TİBBİ MÜRACİƏTLƏRİNIN XÜSUSİYYƏTLƏRİ FEATURES OF MEDICAL REFERENCES OF ELDERLY PEOPLE» KARABAKH 5 th International Scientific Research Congress 23-24 JULY 2025 Odlar Yurdu University, Cild 3, İSBN : 979-8-89695-1 , 117 s.

Magistr

1. Apteklərdə fiziki və psixo-emosional mühit amillərinin vəziyyəti və onların gigiyenik normativlərə uyğunluğu üzrə tədbirlərin təşkili

2. Tələbələrdə zehni yorğunluq fonunda stress müqavimətinin qiymətləndirilməsi.