Bioqrafiya
Hüseynova Şəhla Ədalət qızı 1989-1999-cı illərdə Baki şəhəri Binəqədi rayonu 30 saylı orta məktəbdə təhsil almışdır. 1999-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuş, 2005-ci ildə həmin fakültəni bitirmişdir.
2005-2006-ci illərdə Məlikov adına KMX həkim pediatr kimi internatura keçmişdir.
10.09.2007-ci il tarixindən Azərbaycan Tibb Universitetinin histologiya, embriologiya və sitologiya kafedrasında baş laborant vəzifəsində işləmişdir. Baş laborant işlədiyim müddətdə praktik məşğələ dərsləri aparmışdır
Hüseynova Şəhla Ədalət qızı işlədiyi müddət ərzində özünü olduqca nizam-intizamlı və əməksevər işçi kimi tanıtmışdır.Ona tapşırılan işləri vaxtında və həvəslə yerinə yetirir. Öz üzərində mütəmadi olaraq çalışır, ictimai işlərdə fəal iştirak edir. Son illərdə xarici və yerli mətbuatda 21 elmi əsəri (10 məqalə 11 tezis) çap olunmuşdur.
07.09.09 tarixindən Azərbaycan Tibb Universitetinin histologiya, embriologiya və sitologiya kafedrasının stajçı assistent vəzifəsinə təyin olmunmuşdur. 19.01.2010-cu il tarixindən assistent vəzifəsinə seçilib və hal-hazırda bu vəzifədə işləyir.
2012-ci ildən tibb üzrə fəlsəfə doktoru proqramı üzrə dissertantura şöbəsinə gəbul olunub “Bioloji sədd rolu oynayan qişa elementlərinin (araxnoidal və perinevral) elektron mikroskopik və immun histokimyəvi quruluş xüsusiyyətləri” adlı elmi iş mövzusu üzərində çalışır.
Akademik fəaliyyət
Təhsil
1999- 2005 Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsi
internatura
2005-2006 Məlikov adına KMX həkim pediatr
Peşə və pedaqoji inkişaf
05.04.2011 – 05.05.2011 “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu, Azərbaycan Müəllimlər İnstitutu; 21.09.-26.09.2013 tarixində Avstriyanın Vyana şəhərində keçirilən Dünya Nevroloqlarının XXI Konqresində keçirilən “Neuro Metabolic Disorders” ; “Neurology And Pain”; “Neuroepidemiology”; “Spinal Cord, Radiculopathy And Peripheral Nerve”; “Neuroimmunology-CNS And PNS”; “Neurotrauma (CNS and PNS)” kurslarda iştirak edərək, sertifikatlar qazanmışam;
Məqalə