Bioqrafiya
Qurbanova Ş.Q. 2006-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 2014-ci ildən kafedraya baş laborant vəzifəsinə götürülüb.
2017-ci ildən baş laborant olarkən fənni ingilis bölmələrində tədris etmişdir
2018-ci ildən rektorun əmri ilə assistent vəzifəsinə təyin olunub və hal-hazıradək həmin vəzifədə çalışır.
Bu müddət ərzində özünü olduqca nizam-intizamlı, əməksevər, öz üzərində çalışan məsuliyyətli işçi kimi tanıtmışdır. Kafedrada çalışdığı dövrdə mühazirələrdə və kafedranın qabaqcıl müəllimləri tərəfindən keçirilən dərslərdə iştirak etmiş, tədris hissə müdirinin nəzarəti ilə sərbəst praktiki dərs aparmışdır. Ötən semestrlər ərzində müalicə-profilaktika, stomatologiya, hərbi-tibb və ictimai səhiyyə fakültələrində həm azərbaycan, həm ingilis bölmələrində müvafiq dərs yükünü yerinə yetirib. Kafedraya daxil olan məlumata görə Qurbanova Ş.Q. tərəfindən keçirilən dərslər haqqında tələbələrin rəyi müsbətdir. Açıq məşğələ dərslərini uğurla keçirmiş, müasir texniki avadanlıqlardan istifadə edərək fənnin tələbələr tərəfindən mənimsənilməsində fəal iştirak edib.
Elmi fəaliyyətlə də məşğul olur və bu müddət ərzində tezis və məqalələri (həmmüəllif kimi) çapdan çıxıb.
Universitetin və kafedranın ictimai işlərində, rektorluğun və dekanlıqların tədbirlərində, imtahan prosesində nəzarətçi kimi iştirak edib.
2022-ci il fevral ayında Universitet tərəfindən təşkil olunmuş “15-24 TOT - TSET-2” təlimində iştirak edib.
Akademik fəaliyyət
Baş laborant
2014- ci il Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrası
Assistent
2018-ci ildə əmrlə vəzifəsinə təyin olunmuşam və hal hazıradək həmin vəzifədə çalışıram.
Təhsil
1999-2005
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsi
Internaturanı 2005-2006
Respublika Doğum Evi reanimatologiya-anestiziologiya şöbəsi
Peşə və pedaqoji inkişaf
2022-ci il fevral ayında Universitet tərəfindən təşkil olunmuş “15-24 TOT - TSET-2” təlimində iştirak edib.
Ə.Əliyev adına ADHTİ *2023
Tezis