
Həsənov Rza Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsini bitirmişdir. O, tədris, elmi-tədqiqat, klinik sahələrdə aktiv fəaliyyət göstərir. Patologiya fənnindən Azərbaycan və rus dillərində mühazirə və praktik məşğələ dərsləri aparır. Patologiya fənni üzrə kafedranın və Dövlət İmtahan Mərkəzinin Rezidentura şöbəsinin ekspertidir Səhiyyə Nazirliyinin Kardiologiya institutunda interna keçmişdir. Vartaşen (Oğuz) rayonu Mərkəzi xəstəxanasında həkim-terapevt və funksional diaqnostika həkimi kimi fəaliyyət göstərmişdir. Patoloji anatomiya kafedrasında aspirant və Moskva şəhəri A.V.Vişnevski adına cərrahiyyə institutunun patomorfologiya şöbəsində və toxumaların kultivasiya laboratoriyasında elmi işçi kimi çalışmışdır. “Müxtəlif üsullarla kultivasiya olunmuş epidermositlərdə struktur dəyişikliklər” mövzusunda Moskva stomatologiya institutu nəzdində İxtisaslaşdırılmış Elmi Şurada namizədlik dissertasiyası müdafiə etmişdir.
Dosent Azərbaycan Tibb Universiteti, Patoloji anatomiya kafedrası *1994-hal-hazıradək
Baş müəllim Azərbaycan Tibb Universiteti, Patoloji anatomiya kafedrası *1991-1994
Assistent Azərbaycan Tibb Universiteti, Patoloji anatomiya kafedrası *1988-1991
Aspirant Azərbaycan Tibb Universiteti, Patoloji anatomiya kafedrası *1983-1985
II Müalicə-profilaktika fakültəsi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti *1976-1982
Patoloji anatomiya üzrə təkmilləşdirmə kursu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2024
Pedaqoji peşəkarlığın inkişafı üzrə təlim Azərbaycan Tibb Universiteti, Tibb və sağlamlıq elmləri kafedrası *2024
Patoloji anatomiya üzrə təkmilləşdirmə kursu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2022
Tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası Mövzu: “Müxtəlif üsullarla kultivasiya olunmuş epidermositlərdə struktur dəyişikliklər” İxtisas: 3242.01– ”Patoloji anatomiya”, Mockva *1989
Həsənov Ə.Ç., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Baki, Təbib nəşriyyatı, 2023, 284 s.
Həsənov Ə.Ç., Ələkbərov A.Ə., Orucov M.T. Patologiya. Dərslik. Baki, Təbib nəşriyyatı, 2024, 490 s.
An electron-microscopic study of changes in the aero-haematic barrier of the lungs and the intramural nerve apparatus in thermal burn injuries aggravated by pneumonia.2023* Евразийский научно-медицинский журнал «Сино», T.4, №3, (с.37-44). A.A. Alakbarov, T.N. Mirzayeva, E.Ch. Akbarov, M.I. Mirzayev, R.P. Hasanov.
DOI
Diabetik polineyropatiya zamanı mielinli sinir liflərinin patomorfologiyası. 2023* Azərbaycan Tibb Jurnalı, (2), 139–144. Mirzəyeva T., Əkbərov E., Həsənov R., Mirzəyev M.
DOI
Pathomorphology of myelinated nerve fibers in diabetic polyneuropathy.2023* Azerbaijan Medical Journal, (2), 139–144. Mirzayeva T., Akbarov E., Hasanov R., Mirzayev M. (in Azerb.)
DOI
1.Xronik ürək çatışmazlığının kompensasiya və dekompensasiya mərhələlərində miokardın və ürəyin sınır aparatının vəziyyəti. 2024* Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri Jurnalı, №1, (səh.138-142). T.N. Mirzəyeva, E.Ç.Əkbərov, R.P.Həsənov, S.Ə.Fərzəliyeva, G.N. Əliyeva, M.İ.Mirzəyev.
2.I tip sadə herpeslə ağırlaşmış hamiləliklər zamanı doğulan uşaqların çəkisindən asılı olaraq ciftin morfometrik göstəriciləri. 2023* Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri Jurnalı, №4, (səh124-126). T.N. Mirzəyeva, M.İ.Mirzəyev, E.Ç.Əkbərov, R.P.Həsənov, S.Ə. Fərzəliyeva.
3.Qeyri-alkoqol mənşəli steatohepatitlər zamani hepatositlərin araliq keratin filamentlərinin immunhistokimyəvi tədqiqi. 2023* Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri Jurnalı, №1, səh.(128-130). Mirzəyeva T.N. Həsənov R.P. Əkbərov E.Ç. Mirzəyev M.İ.
4.Kardiomiopatiyaların patomorfoloji xüsusiyyətləri. 2022* Sağlamlıq № 3 elmi-praktik jurnal, (səh.71.) Həsənov Ə.B., Həsənov R.P., İbişova A.V., Niftalıyev R.N.
5.Hepato-renal sindromla ağirlaşmiş qaraciyər sirrozu zamani böyrəklərin patomorfologiyasi. 2022* Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri Jurnalı, №3, c. 185-188. Mirzəyeva T.N., Həsənov R.P., Əkbərov E.Ç., Əliyev M.B.
6.II tip şəkərli diabet fonunda təkrar infarkt keçirmiş şəxslərdə ürəyin mikrosirkulyator sistemində və sinir aparatinda baş verən patomorfoloji dəyişikliklər. 2020* Azərbaycan Tibb Jurnalı, 2020, № 1, səh.(167-171). Əliyev M.B., Həsənov Ə.B.,Mirzəyeva T.N.,Həsənov R.P.,Əkbərov E.Ç.