Nərgiz Qarayeva
Assistent
Nərgiz Qarayeva

orcid 0009-0006-1000-8497


orcidSitologiya, embriologiya və histologiya kafedrası


orcid [email protected]

Bioqrafiya

Nərgiz Qarayeva 2008-2013-cü illər ərzində Azərbaycan Tibb Universitetində təhsil almış və məzun olduqdan sonra Böyük Britaniyanın Şeffild Univesitetində İnsan və Molekulyar Genetika ixtisası üzrə təhsilini davam etdirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Türkiyənin İzmir şəhərində Ege Universiteti Uşaq xəstəxanası və ÜçGen tibb laboratoriyalarında ixtisası üzrə tibbi təcrübə keçmişdir. 2015-2016-cı illərdə Afgen genetik diaqnoz mərkəzində həkim-genetik kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə Azərbaycan Tibb Universiteti Tibbi biologiya və genetika kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 2020-ci ildən isə Sitologiya, embriologiya və histologiya kafedrasında assistent olaraq çalışır. N.Y.Qarayeva eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantıdır və hamiləlik zamanı müşahidə olunan hipertenziv vəziyyətlərin etiopatogenezində genetik amillərin rolunu araşdırır.

             Kafedrada fəaliyyət göstərdiyi müddətdə N.Y.Qarayeva özünü bacarıqlı və nizam-intizamlı işçi kimi göstərmişdir.

            Öz üzərində işləmək, pedaqoji və həkimlik təcrübəsini artırmaq məqsədilə daima müxtəlif kurslarda və seminarlarda aktiv iştirak edir.

Akademik fəaliyyət

1. Assistent

Azərbaycan Tibb Universiteti *2020-hal-hazıradək

2. Baş laborant

Azərbaycan Tibb Universiteti *2016-2020

Təhsil

1. İnsan və Molekulyar Genetika

Şeffild Universiteti,  Böyük Britaniya *2013-2014

2. Tibbi biologiya fakültəsi

Azərbaycan Tibb Universiteti *2008-2013

Peşə və pedaqoji inkişaf

1. English for Healthcare

King’s College London, 2020

2. English Communication for Healthcare Professionals: Course B

Georgia State University, 2020

3. Ali məktəbin pedaqogikası. Pedaqoji ünsiyyət

Ə.Əliyev adına ADHTİ, 2021

Tezis

  1. STAG3 gene as a potential biomarker for breast cancer.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Dəmir Vahid oğlu Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materiallar, Bakı 2019, s.305-306

  1. The role of aneuploidy in the upregulation of E2F4 and E2F6 genes in breast cancer cell lines

Proceedings of the first international scientific practical virtual conference human genetics and genetic diseases: Problems and development perspectives. Azerbaijan, Baku, 2020, p. 82

  1. Rett sindromunun diaqnostikasında MECP2 gen mutasiyalarının molekulyar genetik metodla araşdırılmasının əhəmiyyəti

İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri birinci beynəlxalq elmi praktik virtual konfransının xəbərləri, Azərbaycan, Bakı, 2020, s. 90

  1. BCKDHA, BCKDHB və DBT  genlərinin promotor, ekzon və intron hissələrində aparılmış molekulyar-genetik diaqnostika

Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda beynəlxalq elmi-praktik konqresin materialları, Azərbaycan, Bakı, 2020, s. 276-277

  1. İrsi metabolik xəstəliklərin erkən diaqnostikasının aparılmasının qida terapiyasının tətbiqində əhəmiyyəti

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı, 2020, s. 105-106

  1. Trombofilik gen variasiyalarının preeklampsiyanın inkişafında rolu

Tibb və Elm Jurnalı, №4 (30) 2022, s. 32-36

  1. Preeklampsiyanın etiopatogenezində angiotenzin çevirici ferment geninin insersiya/delesiya polimorfizminin risk faktoru kimi rolu

Əməkdar elm xadimi, Tibb elmləri doktoru, Professor H.A.Sultanovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans, Bakı, 2022.