
Assistent Könül Quliyeva Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsini bitirmişdir. K.C. Quliyeva 2014-cü ildən Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və tibbi terminologiya kafedrasının assistenti kimi fəaliyyətə başlamışdır. 2015-ci ildən "Postnatal ontogenezin müxtəlif mərhələlərində qanadabənzər əng-yarığının morfologiyası" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır. Dissertasiyanın rəsmi müdafiəsi 18 dekabr 2021-ci ildə keçirilmişdir. 30 may 2023-cü ildə Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi, 6 iyun 2023-cü ildə isə Fəlsəfə doktoru diplomunu almışdır. K.C.Quliyeva 2021-ci ildən Azərbaycan Tibb Universitetinin Patologiya kafedrasında assistenti kimi fəaliyyətini davam etdirir. K.C. Quliyeva azərbaycan və ingilis bölmələrində II və III kurs tələbələri ilə müasir tələblərə uyğun praktiki dərslər aparır, tədris yükünü yerinə yetirir, müxtəlif mövzularda açıq dərslər və metodik seminarlar keçir. Eyni zamanda kafedranın ictimai işlərində yaxından iştirak edir. O, həmkarları və tələbələr arasında hörmətə layiq bir şəxsiyyətə malikdir. K.C. Quliyeva öz elmi və pedaqoji fəaliyyətini fəal şəkildə davam etdirir və 40-dan çox elmi əsərin müəllifidir.
Assistent Azərbaycan Tibb Universiteti, Patologiya kafedrası * 2021- hal-hazıradək
Azərbaycan Tibb Universiteti, İnsan anatomiyası kafedrası *2014-2021
II Müalicə-profilaktika fakültəsi Azərbaycan Tibb Universiteti *2001-2007
30.05.2023-cü il tarixində Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
1.Patologiya üzrə təkmilləşdirmə kursu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2025
2.Pedaqoji peşəkarlığın inkişafı üzrə təlimAzərbaycan Tibb Universiteti, Tibb və sağlamlıq elmləri kafedrası *2024
3.Effective curuculum sylabus design.Azərbaycan Tibb Universiteti *2024
4.Tibbi Patoloji kursu Gazi Universitesi Tibbi Patoloji Anabilim Dalı *2022
5.Patoloji anatomiya üzrə təkmilləşdirmə kursu.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2022
6.Traditional Chinese Medicine Health Care Technique Training class.Qihuang Traditional Chinese Medicine İnstitute of Gansu University of Chinese Medicine *2021
Tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası Mövzu: “Postnatal ontogenezin müxtəlif dövrlərində qanadabənzər-əng yarığının morfologiyası” İxtisas: 3241.01 – İnsan anatomiyası Azərbaycan, Bakı *2021
Population and Age Characteristics of Pelvic Sizes in Azerbaijani Women Based on the Study of Skeletal Materials 2024* Pakistan Journal of Life and Social Sciences Ibragimov A., Ganbayeva Sh., Quliyeva K., Mustafayeva N., Gasimova T., Mirzeyeva T.. www.pjlss.edu.pk , Pak. j. life soc. Sci. (2024), 22(2): 2384-2390 E-ISSN: 2221-7630;P-ISSN: 1727-4915, p. 2384-2390
DOI
1.Сравнительный анализ линейных параметров крыловидно-верхнечелюстной щели черепа взрослых людей.2017* Морфологические ведомости, №2 (səh. 63-65). Şadlinski V.B., İsayev A.B., Quliyeva K.C https://elibrary.ru/title_about.asp?id=8878
2.Qanadabənzər-əng yarığının arxa divarının ortası ilə əsas-damaq dəliyi arasındakı məsafənin yaş və cinsi dəyişkənliklərinin xüsusiyyətləri. 2017*AMEA-nın Xəbərləri. Biologiya Elmləri Seriyası, №2 (səh. 95-99).Şadlinski V.B., Quliyeva K.C.
3.Особенности индивидуально-типологической изменчивости крыловидно-верхнечелюстной щели.2017* Журнал анатомии и гистопатологии, №3 (səh. 82-85).Şadlinski V.B., İsayev A.B., Quliyeva K.C.DOI: https://elibrary.ru/title_about.asp?id=35900
4.Qanadabənzər-əng yarığının kranioskopik və morfometrik müayinələrinin nəticələri 2017* Azərbaycan Tibb Jurnalı, №3 (səh. 84). Quliyeva K.C. DOI: https://www.scopus.com/sourceid/28079#tabs=1
5.The individual, age and gender alteration characteristics of the distance between the middle posterior wall of pterygomaxillary fissure and round foramen 2018* AMEA-nın Məruzələri, №2 (səh. 63-67).Şadlinski V.B., İsayev A.B., Quliyeva K.C.
6.Типологические особенности крыловидно-верхнечелюстной щели 2018* Материалы XIV конгресса Международной ассоциации морфологов, «Морфология», №3, (səh. 84). Quliyeva K.C.DOI: https://www.elibrary.ru/title_about.asp?id=74778