Rəna Nağıyeva
Dosent
Rəna Nağıyeva

orcid 0000-0001-6946-9729


orcidİctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası


orcid [email protected]

Bioqrafiya

Doktor Rəna Nağıyeva 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra Bakı şəhəri 3 saylı uşaq xəstəxanasında pediatriya ixtisası üzrə internatura keçib. 1987-2002- ci illər ərzində Bakı şəhəri 3 saylı uşaq poliklinikasında həkim-pediatr kimi çalışmışdır.

Doktor R.Nağıyeva 2002-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafed­ra­sı­nda fəaliyyətini davam etdirir. 2007- ci ildə “Uşaq ölümü, risk amilləri və profilaktika yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru) dərəcəsi adını qazanmışdır.

Doktor R.Nağıyeva 2019-cu ildən bu günədək Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafed­ra­sı­nın dosentidir. Azərbaycan Tibb Universitetinin dosenti kimi doktor R. Nağıyevanın səhiyyə sahəsində gələcək mütəxəssislərin formalaşmasında rolu danılmazdır.

Doktor R.Nağıyeva eyni zamanda kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak edir. O, səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə xidmətinə çıxış imkanları və səhiyyə siyasəti kimi mövzularda nüfuzlu jurnallarda çoxsaylı məqalələr dərc edib. Fəaliyyəti müddətdə özünü əməksevər, təşəbbüskar təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır. Bununla da o, kafedra və tələbə kollektivi arasında dərin hörmət qazanmışdır. Bir müəllim kimi o, mühazirə və təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tədris-metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir, eyni zamanda özünün elmi biliklərinin yüksəldilməsi üzərində müntəzəm çalışır.

Doktor R.Nağıyeva mütəmadi olaraq tədris proqramlarının işlənib hazırlanması istiqamətində fəal iştirak edir. Bakalavr, rezident və magistrlərin gələcək fəaliyyətinin uğurunu təmin etmək üçün onlarda səriştənin əsas komponentlərinin formalaşmasına şərait yaradır.

Akademik fəaliyyət

Dosent

Azərbaycan Tibb Universiteti * 2019 –hal-hazıradək

Baş müəllim

Azərbaycan Tibb Universiteti * 2014 – 2019

Assiatent

Azərbaycan Tibb Universiteti * 2002 - 2014

Təhsil

Səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktoru

Azərbaycan Tibb Universiteti * 2002–2007

Pediatriya ixtisası üzrə internatura

Bakı şəhəri 3 saylı uşaq xəstəxanası *1985–1986

Həkim- pediatr

Azərbaycan Tibb Universiteti * 1979 – 1985

Peşə və pedaqoji inkişaf

  • Ali məktəbin pedoqogikası.Pedaqoji ünsiyyət

Ə.Əliyev adına ADHTİ * 2023

  • Səhiyyənin nəzəri əsasları. Marketinq və menecment

Ə.Əliyev adına ADHTİ * 2019

Jurnal

1. The Prevalence of congenitaldi seases Among newborns and Their Evaluation from social Hyglenie Aspect

2023 * Актульныe вопросы ме­дицины спутноквый форум по общественному здоровью и политике здровоохранения  27-28 * Celebiev E.

2. Факторы риска развития артериальной гипертензии у детей школьного возраста и их ведение

2023 * Актульныe вопросы ме­дицины спутноквый форум по общественному здоровью и политике здровоохранения  53 * Bayramli A

3. The Relafionship befween Socio - Demographic Indicators and the Age of Marriage of Woman in Azerbaijan

2022 * Украiнський журнал ме­дицины, вiологii  та спортуТом 7, Ukrayna * 140-142* Ağayev A, Ceferova A, Mextieva A.

4. “Reproduksiya dövründə artıq bədən çəki problemi”

2023* Prof. Zərifə Agarza qızı Zeynalovanın anadan olmasının 90 illik Yubileyinə həsr olunmuş elmi konfrans. Əhmədli İ.İ. (s 120)

Məqalə

Suseptibility of Women of Reproductive Age to Overweightand and Obesity and Their Causes

2022* Украiнський журнал ме­дицины, вiологii  та спорту Том 7, Ukrayna (ctp 165-168)

 Mekhtiyeva A.F., Jafarova A.G.,

 


orcid DOI

Magistr

  1. Koronovirus əleyhinə karantin şəraitində əhalunin fiziki aktivliyinin vəziyyeti
  2. Reproduktiv yaşlı qadınlarda artıq bədən çəkisinin risk amilləeinin öyrənilməsi  və korreksiya yolları
  3. Məktəblilər arasında arterial hipertoniyanın formalaşmasının risk amillıri ,onun tibbi sosial nəticələrı və profilaktikası
  4. Yenidoğulanlar arasında genetik xəstəliklərin yayılması və onların sosial-gigiyenik aspektdə qiymətləndirilməsi