Əliyev  Saday
Professor
Əliyev Saday

orcid 0000 -0002-3974-0781


orcidI Cərrahi Xəstəliklər Kafedrası


orcid [email protected]

Bioqrafiya

1 iyul 1948-ci ildə  Azərbaycan Rspublikasının Hacıqabul rayonunun Navaahı kəndində anadan olmuşdur.

1966- cı ildə həmin kəndin orta məktəbini ( 11-ci sinif) Qızıl Medalla bitirmişdir.

1966-cı ildə N.Nərimanov adına Azərbaaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.

1972-ci ildə həmin institutu Fərqlənmə Diplomu ilə bitirmişdir.

1972-1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet Qoşun  Qruplarında hərbi həkim işləmişdir.

1974-1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsinin 23 saylı xəstəxanasənda cərrah işləmişdir.

1972-ci  ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda «Cərrahiyyə» üzrə ixtisaslaşdirma kursu keçmişdir.

1978-ci ildə N.Nərimanov adina  ATİ-nun  «Hospital cərrahiyyə» kafedrasina  «Klinik ordinatura»ya daxil olmuşdur.

1980-ccı ildə klinik ordinaturanı bitirmiş və həmin kafedrada baş laborant vəzifəssində saxlanılmışdır.

1988-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1983-1996-cı illərdə kafedranın assistenti , 1996-2006-cı illərdə dosenti vəzifələrində işləmişdir.

2001-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

2006-cı ildən hazira qədər kafedranın professoru vəzifəsində işləyir.

Elmi araşdırma sahəsi

Təxirəsalınmaz abdominal cərrahiyyə, kolorektal cərrahiyyə, irinli-septik cərrahiyyə, abdominal və torakal travmalar.

Monoqrafiyalar

1.KALKULYOZ XOLESİSTİT və RİSK FAKTORLARI.  BAKı. «TƏBİB» nəşriyyatı 1994 (rus dilində).

2.BAĞIRSAQ  KEÇMƏMƏZLİYİ İLƏ AĞIRLAŞMIŞ KOLOREKTAL  XƏRÇƏNGİN CƏRRAHİYYƏSİ,BAKI. «ELM»  nəşriyyatı. 1999 (rus dilində)

3 .KOLOREKTAL XƏRÇƏNG və BAĞIRSAQ KEÇMƏMƏZLİYİ. BAKI. «TƏBİB» nəşriyyatı, 2012.

4.NEKROZLAŞDIRICI FASSİİT . BAKI «TƏBİB» nəşriyyatı,2024.

Dərsliklər

  1. CƏRRAHİ XƏSTƏLİKLƏR, BAKI «TƏBİB» nəşriyyatı ,2008.
  2. CƏRRAHİ XƏSTƏLİKLƏR, 3 cilddə, 2019.
  3. CƏRRAHİ  XƏSTƏLİKLƏR, 2020 (rus dilində)

Məqalə

350 məqalə və tezis. Publikasiyaların 80%-i MDB ölkələrinin   ixtisas jurnallarında  dərc olunmuşdur.

Qrantlar

2009-cu il  NYU- YORK ELMLƏR   AKADEMİYASİNİN  BİBLİOQRAFİYA  İNSTİTUTUNUN « QİZİL MEDALİNA» LAYİQ görülmüşdür.

2010-cu il NYU-YORK ELMLƏR  AKADEMİYASININ  BİBLİOQRAFİYA  İNSTİTUTU tərəfindən  «İLİN ADAMI» elan olunmuşdur.

2011- NYU-YORK  ELMLƏR  AKADEMİYASININ  BİBLİOQRAFİYA  İNSTİTUTUNUN «QİZİL  XAÇ» medalına layiq görülmüşdür.

 11.01.2001.         

    PATENT  - 99/001427

«YOĞUN BAĞIRSAĞIN  ƏMƏLİYYAT DAXİLİ QAPALI DEKOMPRESSİYASI VƏ  MƏNFƏZDAXİLİ İRRİQASİYASI ÜSULU»  İ 2001  0025

 

Üzv olduğu qurum

1995–NYU- YORK ELMLƏR AKADEMİYASİNİN  üzvü  seçilmişdir.

1998-ci il N.İ. Piroqov adına  Rusiya Federasiyasının  Cərrahlar Assosiasiyasının üzvü.

Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvü.

Tibbi Təhsil üzrə Fəlsəfə doktoru

  1. ƏHMƏDOVA ESMİRA VAQİF  QIZI
    «KƏSKİN HEMORROİDAL  TROMBOZ ZAMANI CƏRRAHİ  OPTİMAL TAKTİKANIN  SEÇİLMƏSİNİN 
    ƏSASLANDIRILMASI» Dissertasiya işi Azərbaycan  Respublikası  prezidentiİ yanında  AAK tərəfindən təsdiq edilmişdir( 2022-ci il).
  2. ŞİRİNOVA XATİRƏ  QIZİ
    «AUTOİMMUN  TİREOİDİTİN  DİAQNOSTİKASİNİN MÜASİR  ASPEKTLƏRİ» 
    Dissertasiyanın mövzusu  2019-cu ildə  təsdiq  edilmişdir . Hazırda tədqiqat işi  yekun mərhələsindədir.
  3. MƏMMƏDOVA SƏNƏM YOLÇU  QIZI
    «MORBİD  PİYLƏNMƏNİN MÜALİCƏSİNDƏ BOTULİN  TOKSİNİNİN İNTRAQASTRAL İNYEKSİYASININ KLİNİK EFFEKTİVLİYİ».
    Dissertasiya  işini mövzusu 2020-ci ildə təsdiq edilmişdir. Hazırda tədqiqat işi yekun  mərhələsindədir.