Yaqut Hacıyeva
Dosent
Yaqut Hacıyeva

orcid 0009-0006-7625-8579


Google Scholar G-6AAn4AAAAJ


orcidİctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri


orcid [email protected]

Bioqrafiya

Doktor Yaqut Hacıyeva Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada həm bakalavr, həm rezidentura və həm də magistratura sahəsində tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında yaxından iştirak edir. Bütün fakültələrdə təhsil alan tələbələrin tədris olunan fənləri mükəmməl mənimsəməsi üçün praktik dərslərdə və mühazirələrdə müasir innovativ və interaktiv üsullardan istifadə edir. Kafedrada tədris olunan fənlər üzrə imtahan ekspertidir.

Yaqut Hacıyeva ictimai sağlamlıq sahəsində həm də elmi fəaliyyət göstərir. O, əhali arasında sağlamlığın qorunması, profilaktik istiqamətdə təbliğatın aparılması üçün mühüm işlər görür. Y.Hacıyeva elmi tədqiqat apararaq tələbələr arasında reproduktiv sağlamlığa təsir edən sosial-gigiyenik amilləri öyrənmiş, mühüm nəticələr əldə etmiş, praktik tövsiyələr vermişdir. Bu tədqiqat istiqamətində hazırladığı dissertasiya işini müdafiə edərək 2011-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmə olan sonsuz həvəsi onu tədqiqatlar aparmağa sövq edir. Y.Hacıyeva hal-hazırda bütün dünyada ölümün əsas səbəblərindən birincisi olan qeyri-infeksion xəstəliklərin yaranması, inkişafı və profilaktikasını sosial-gigiyenik cəhətdən öyrənmək üçün bu xəstəliklərin əsas risk amillərindən biri olan dislipidemiya problemini araşdıraraq tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusunu tamamlamış və dissertasiya mövzusu ilkin müzakirə olunaraq müdafiə olunmaq üçün dissertasiya şurasına təqdim olunmuşdur.

Y.Hacıyeva ictimai sağlamlıq mütəxəssisi kimi öz üzərində daima çalışır. Həm yerli, həm də yüksək reytinqli xarici jurnallarda məqalələr dərc etdirir, konfrans və seminarlarda iştirak edir. Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanda ictimai səhiyyənin gücləndirilməsi və ictimai səhiyyə sahəsində bacarıqların artırılması məqsədi daşıyan layihədə Azərbaycan Tibb Universitetinin koordinatoru kimi iştirak edir. Dövlət proqramı üzrə xaricdə magistr təhsili almaq üçün müraciət etmiş namizədlərin seçilməsi üzrə ekspert komissiyasının üzvüdür. 

Y.Hacıyeva universitetin elmi fəaliyyətində və ictimai həyatında fəal iştirak edir. O, Ictimai Səhiyyə fakültəsinin Elmi Şurasının üzvüdür. Həmçinin Ali Attestasiya Komissiyasının 3212.01 “Səhiyyə və onun təşkili” ixtisası üzrə Müdafiə Şurasının üzvüdür.

Akademik fəaliyyət

Dosent /   Azərbaycan Tibb Universiteti * 2021 – hal-hazıradək

Baş müəllim /   Azərbaycan Tibb Universiteti * 2018 - 2021

Assistent /   Azərbaycan Tibb Universiteti * 2016 - 2018

Müəllim, Fənn Birləşmə Komissiyasının sədri /   Bakı 1 saylı tibb kolleci * 2002-2016

Müəllim /    Bakı 1 saylı tibb kolleci * 1999-2002

Təhsil

Səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktoru /    Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu * 2004–2011

Pediatriya ixtisası üzrə internatura /    Azərbaycan Tibb Universiteti * 1993 – 1994

Pediatriya ixtisası üzrə bakalavriat /    Azərbaycan Tibb Universiteti * 1987 – 1993

Nailiyyətlər (adlar)

Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanda ictimai səhiyyənin gücləndirilməsi və ictimai səhiyyə sahəsində bacarıqların artırılması məqsədi daşıyan layihədə Azərbaycan Tibb Universitetinin koordinatoru * 2022-2024

Peşə və pedaqoji inkişaf

Azərbaycanda pandemiyaya cavab tədbirləri üzrə təlim /    ÜST, Bakı ofisi, Azərbaycan * 2023

“Effektiv kurrikulumun/sillabusun yaradılması” üzrə təlim /    United States Department of State – English Language program tərəfindən təşkil olunub *2023

İcma yönümlü sağlamlıq xidmətinin tətbiqi üzrə təlim /    USAİD-in maliyyə dəstəyi ilə ÜST-nin Ölkə Ofisi, Azərbaycan * 2023

Halk Sağlığı Karar Vermə Süreclerinde Sağlık Göstergeleri Kursu /    Halk Sağlığı Uzmanları Dernegi, Türkiyə *2022

İcma yönümlü sağlamlıq xidməti üzrə təlim /    USAİD-in maliyyə dəstəyi ilə ÜST-nin Ölkə Ofisi, Azərbaycan * 2022

Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası /    İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan * 2022

Səhiyyə menecmenti üzrə təlim /    İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan * 2020

Tibb təchizatçıları ilə müqavilələrin bağlanması üzrə təlim /    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan * 2019

Xidmətlər zərfinin hazırlanması /    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan * 2019

Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarətin aktual məsələləri /    Ukrayna Stomatoloji Akademiyası, Ukrayna * 2018

Səhiyyə sistemində Islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı /    İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan * 2018

Tədris proqramı əsasında ixtisas artırma kursu /    Azərbaycan Tibb Universiteti, 2010

Tədris proqramı əsasında ixtisas artırma kursu /     Azərbaycan Tibb Universiteti, 2001

Məqalə

Comparative evaluation of the effectiveness of modern means of hypercholesterolemia correction.

2022 *  Світ Медицини та Біології, №2 (80), Ukraina *  38-43.


orcid DOI

Məqalə

Оценка эффективности немедикаментозных методов лечения гиперхолестеринемии

2022 *Клиническая медицина, №6, Россия*  288-291


orcid DOI

Məqalə

Use of indicators of dyslipidemia in the diagnosis of masked forms of arterial hypertension.

2022 * Світ Медицини та Біології, №1 (79), Ukraina * 39-43


orcid DOI

Məqalə

Gender and age characteristics of the prevalence of hypercholesterolemia in the population

 2022 * Світ Медицини та Біології, №4 (82), Ukraina *  40-44.* Aghayev A.A.


orcid DOI

Maarifləndirmə işi

Kənd sakinləri arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirici iş /    2017 * Quba, Azərbaycan

Əhali arasında ictimai sağlamlıq problemi üzrə sorğu və maarifləndirmə işi /    2019 * Asan Xidmət Quba, Azerbaijan

Magistr

Hiperxolesterinemiya qida pozğunluqlarının markeri kimi

Magistr

İcbari tibbi sığortanın tətbiqi şəraitində əhalinin tibbi xidmətin təşkilindən məmnunluq səviyyəsinin qiymətləndirilməsi və yüksəldilməsi yolları

Magistr

Dünyada və Azərbaycanda uzunömürlülüyün nozocoğrafiyası

Magistr

Müasir şəraitdə yaşlı əhaliyə göstərilən tibbi-sosial xidmətin vəziyyəti və optimallaşdırılması yolları