Pərvanə Aydınova
Baş Laborant
Pərvanə Aydınova

Bioqrafiya

Doktor Pərvanə Aydınova 8 sentyabr 1982-ci ildə Bakıda anadan olub. 1989-cu ildə Abşeron rayon Mehdiabad qəsəbə məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə kimya fənni üzrə Respublika olimpiadasında Abşeron rayonu üzrə 1-ci yerə layiq görülüb, elə həmin ildə  eyni məktəbi fərqlənmə ilə bitirmiş və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2005-ci ildə universiteti bitirmiş, 2015-ci ildən ATU-nun Cərrahi xəstəliklər I kafedrasında işə başlamış və bu günə kimi həmin kafedrada çalışır. Ailəlidir, 2 övladı var.

Akademik fəaliyyət

2005 – 2006   M.Nağıyev adına TTYKX, I cərrahiyyə şöbəsi, Həkim – interna (cərrah)

2007 – 2009   Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası, klinik ordinator (ümumi cərrah)

2011 – 2014   Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası, doktorant (ümumi cərrah)

2015 -   Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, baş laborant

Təhsil

1989-1999, Abşeron rayon Mehdiabad qəsəbə orta məktəb

1999-2005, Azərbaycan Tibb Universiteti I müalicə - profilaktika fakultəsi

2007-2009, Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrası – klinik ordinatura
2011 – 2014, Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası – doktorantura

Nailiyyətlər

2017-ci ildə "Pararektal fistulların cərrahi müalicəsinə müasir yanaşma" mövzusunda elmi işini müdafiə edərək Tibb üzrə Fəlsəfə doktoru (FD № 11014) elmi adı  almışdır.

Peşə və pedaqoji inkişaf

  1. 15.06.2022 – 15.09.2022   Ankara Üniversitesi Tıp Fakültesi Genel Cerrahi Anabilim Dalı Cerrahi Endoskopi Ünitesi «Alt ve Üst Gastrointestinal Sistem endoskopisi»   
  2. 06.11.2023 – 17.11.2023   Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. «Qaraciyər və öd yollarının, mədəaltı vəzin xəstəlikləri. Koloproktologiya.» Diplom BB-I 000571.

Elmi araşdırma sahəsi

Ümumi cərrahlıq, proktologiya, çanaq dibi cərrahiyyəsi, cərrahi və terapevtik koloproktologiya, qastroenterologiya, endoskopiya

Məqalə

  1. Aydınova P.R., Əliyev E.A. Pararektal fistulların cərrahi müalicəsinin nəticələri // Cərrahiyyə, №2 (38) 2014. Səh. 78 – 92.
  2. Aydınova P.R., Əliyev E.A., Sultanov H.A. Pararektal fistulların azinvaziv cərrahi müalicəsi //Azərbaycan Tibb Jurnalı,  №2 , 2014. Səh. 5 – 7.
  3. Aydınova P.R. Pararektal fistullarda “seton“ tətbiqinin nəticələri //Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri,   №2,  2014, -s. 186–190.
  4. Aydınova P.R. Mürəkkəb pararektal fistulların müasir diaqnostikası və azinvaziv cərrahi müalicəsinin nəticələri // Saglamlıq, 2015. № -s. 38–45.
  5. Айдынова П. Р., Алиев Э.А. Применение fistula plug с фибриновым клеем при лечении свищей прямой кишки // Клінічна хірургія. 2015. № 5. -с.17-19.
  6. Aydınova P.R., Əliyev E.A., Rüstəm Ə.M., Bayramov R.B., Nəcəfov S.R.Pararektal fistulların MRT diaqnostikası: göstərişlər, üstünlüklər və qüsurlar // Azərbaycan Tibb Jurnalı, 2016, № 2, s. 13-17.
  7. Aydınova P.R., Əliyev E.A. Pararektal fistulların azinvaziv cərrahlığı: praktik təcrübəmizin nəticələri. Cərrahiyyə, 2016, № 3, s. 78-87.
  8. Əliyev E.A., Aydınova P.R., Şirinova X.N. Mürəkkəb pararektal fistullara yanaşma //Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri, 2017, №2, 171-178.
  9. Əliyev E.A., Sadıqzadə T.B., Aydınova P.R., Şirinova X.N. Anal çat // Cərrahiyyə, №3, 2017. Səh. 87 – 94.
  10. Bayramov N.Y., Şirinova X. N., Aydınova P.R. Sklerozlaşdırıcı mezenterit. Mezenterik pannikulit // Cərrahiyyə,  №4, 2017, səh. 85 – 86.
  11.  Əliyev E.A., Qəhrəmanova Z.Z., Aydınova P.R. Bağırsaq iltihab xəstəlikləri (xoralı kolit və Kron xəstəliyi). Azərbaycan təbabətinin müasir naliyyətləri. 2017. № 4. səh. 151-8.
  12. Qapaqov F.M., Əliyev E.A., Namazov A.E., Aydınova P.R. Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliklərinin diaqnostikasında qarın daxili təzyiqin yüksəlməsinin rolu. Ə.e.x., tibb e.d., prof. Qarayev Qalib Şalon oğlunun 70 illik yubileyinə həsr olunmuş elmi  konfransın materialları. səh. 71-73. Bakı. 2017.
  13.  Əliyev E.A., Aydınova P.R., Rzayev T.M., Xıdırova N.M., Əhmədova E.V.Düz bağırsaq natamam daxili fistullarının diaqnostik xüsusiyyətləri. Azərbaycan təbabətinin müasir naliyyətləri. 2020. № 2. səh. 112-115.

Üzv olduğu qurum

  1. ACC (Azərbaycan Cərrahlar Cəmiyyəti)
  2. AELCC (Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Cəmiyyəti)
  3. AMİC (Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti)
  4. AKRCD (Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi)
  5. TKRCD (Türk Kolon ve Rektum Cerrahi Derneği)
  6. TCD (Türk Cerrahi Derneği)
  7. ESCP (European Society of Coloproctology)