Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Dr. Fuat Babayev Azərbaycan Tibb Universitetində 1991-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur.

1991–1992-ci illərdə Bakı şəhəri 1 nömrəli Şəhər Xəstəxanasında daxili xəstəliklər üzrə internatura keçərək həkim-terapevt ixtisası almışdır.

1991–1996-cı illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi fəaliyyət göstərmişdir. 1996–2003-cü illərdə isə Bakı şəhərində fəaliyyət göstərən UMCOR Amerika humanitar təşkilatında təcili yardım həkimi vəzifəsində çalışmışdır.

2003–2022-ci illərdə Səudiyyə Ərəbistanı Krallığının Əl-Qassim bölgəsində yerləşən Al Midhnab Ümumi Xəstəxanasının təcili yardım şöbəsində həkim və şöbə müdiri vəzifələrində çalışmış, SCFHS lisenziyasına malik olmuşdur.

2022-ci ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında təcili yardım həkimi və şöbə müdiri, eyni zamanda International SOS təşkilatında təcili yardım həkimi kimi fəaliyyət göstərir.

6 oktyabr 2025-ci ildən isə Azərbaycan Tibb Universitetində Təcili tibbi kafedrasında assistent vəzifəsində çalışır.

Akademik fəaliyyət

6 oktyabr 2025-ci ildən Azərbaycan Tibb Universitetində Təcili tibbi kafedrasında assistent vəzifəsi

Təhsili

Azərbaycan Tibb Universitetində 1991-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur.1991–1992-ci illərdə Bakı şəhəri 1 nömrəli Şəhər Xəstəxanasında daxili xəstəliklər üzrə internatura keçərək həkim-terapevt ixtisası almışdır.2014–2017-ci illərdə Qırğızıstan Dövlət Tibb Akademiyasında radiologiya üzrə uzman dərəcəsi almışdır.ACLS, BLS və ITLS sertifikatlarına malikdir

Magistr

2014–2017-ci illərdə Qırğızıstan Dövlət Tibb Akademiyasında radiologiya üzrə uzman dərəcəsi qazanıb.