
Həkim Nikbin Quliyev 2005-ci ildə “Odlar Yurdu” Universitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşdur. 2011-ci ildə həmin fakültəni bitirmişdir.
2011–2013-cü illərdə dövlət proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Qazi Universitetində ixtisaslaşma keçmişdir. 2013–2015-ci illərdə isə Şimali Kipr Türk Cümhuriyyətində Yaxın Doğu Universitetində cərrahiyyə üzrə ixtisaslaşma təhsili almışdır.
2017-ci ildə rezidentura təhsilini başa vurduqdan sonra Respublika Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində cərrah həkim vəzifəsində çalışmışdır. 2021-ci ildən etibarən həmin xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) şöbəsində müdir vəzifəsində fəaliyyət göstərir. 23 oktyabr 2025-ci il tarixindən ATU-nun Təcili tibb kafedrasına asisstent vəzifəsində çalışır
23.09.2025 tarixindən Təcili tibb kafedrasında Assistent
2005-2011-ci ildə -”Odlar Yurdu” Universiteti, Müalicə işi fakultəsi
2011-2013 -cü ildə dövlət proqramı çərçivəsində Turkiyə Cümhuriyyəti Qazi Universitetində ixtisaslaşma.
2013-2015-ci illərdə KKTC-də Yaxın Doğu Universitetində Cərrahiyyə üzrə ixtisaslaşma
2017-ci ildə ATU TCK cərrahiyyə üzrə rezidentura