Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədbəyli  Aytən  Kamal  qızı  2004-cü  ildə  Nəriman  Nərimanov  adına  Azərbaycan  Tibb  Universitetinin  Pediatriya  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  2003-2004-cü  illərdə  Uşaq  nevroloji  Xəstəxanasında  internatura  kursu  keçmişdir. 2004-2006-cı  illərdə  ATU-nun  “II  nevrologiya  və  tibbi  genetika”  kafedrasında  klinik  ordinaturada  təhsilini  davam  etdirmişdir.  2006-cı ildən  həmin  kafedranın  baş  laborantı  vəzifəsinə  təyin  olunub.  2009-cu  ildən  tibb  üzrə  fəlsəfə  doktoru  adını  almaq  üçün  “Yenidoğulanlarda  bətndaxili  infeksiyalar  zamanı  mərkəzi  sinir  sisteminin  zədələnmələrinin  müqayisəli  xarakteristikası”  mövzusunda  namizədlik  dissertasiyasını  başa  çatdırmışdır.  2009-2014-cü  ilə  qədər  assistent,  2015-ci  ildə  tibb  üzrə  elmlər  doktoru  adını  almaq  üçün  “Sinir  xəstəliklərinin  yükünün  kompleks  qiymətləndirilməsi  və  Azərbaycan  Respublikasında  nevroloji  xidmətin  prioritlərinin  əsaslandırılması”  mövzusunda  dissertasiya  müdafiə  etmişdir.  2016-cı  ildə  A.K.Məmmədbəyliyə  AAK  tərəfindən  dosent  elmi  adı  verilmişdir. 2014-2016-cı  illərdə  kafedranın  dosenti,  2016-cı  ildən  hal-hazıra  qədər  kafedrada  professor  vəzifəsində,   çalışır.  Çalışdığı  müddət  ərzində  120-dən  çox  elmi  işi,  10  metodik  vəsait,  3  dərs  vəsaitin  müəllifidir.  Kafedrada  işlədiyi  müddətdə  A.K.Məmmədbəyli  geniş  erudisiyalı  bir  pedaqoq  kimi  tanınır.  O,  yüksək,  elmi  və  pedaqoji  səviyyələrdə  mühazirələr  oxuyur,  praktiki  məşğələlər  aparır.  

A.K.Məmmədbəyli  dərin  düşüncəli  bir  klinisistdir.  O,  Uşaq  Nevroloji  Xəstəxanasının  müalicə  işinə  rəhbərlik  edir.  Həmçinin  K.Y.Fərəcova  adına  ETPİ-da,  Elmi  Tədqiqat  Mamalıq  və  Ginekologiya  İnstitutunda,  akademik  M.Qasımov  adına  Respublika  Klinik  Xəstəxanasında,  Respublika  Perinatal  Mərkəzində  xəstələrə  nevroloji  yardım göstərir.  

A.K.Məmmədbəyli  təvazökarlığı,  səmimiliyi,  yüksək  mədəniyyəti  ilə  seçilir.  A.K.Məmmədbəyli  kliniki,  klinik – genealoji,  elektrofizioloji  və  biokimyəvi  tədqiqat  metodlarına  yiyələnmiş,  əməksevər  və  istedadlı  bir  alimdir.  

A.K.Məmmədbəyli  xarici  ölkələrdə  keçirilmiş  elmi  konqreslərdə,  simpoziumlarda  olmuş  və  məruzələrlə  çıxışlar  etmişdir.  Bundan  əlavə  bir  sıra  beynəlxalq  elmi – praktiki  konfranslar  təşkil  etmişdir. Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərir.

Azərbaycan  Uşaq  Nevroloqlar  Assosiasiyasının  Sədri,   Azerbaycan Milli Nevroloqlar  Assosiasiyasının  Vitse - Prezidentidir. Epilepsiyaya Qarşı Bəynəlxalq Liqanın Azərbaycan bölməsinin Prezidenti(İLAE). Ümümdünya Nevroloqlar Federasiyasının Prezidentı.

Avropa Uşaq Nevroloqlar Cəmiyyətinin Azerbaycanın təmsilçisi.

Akademik fəaliyyət

1. Azərbaycan  Respublikası  əhalisində  irsi  əzələ  distrofiyası  xəstəliyi  biokimyəvi  və  genetik  polimorfizmlərin  tədqiqi.  ATU-nun  Nevrologiya  kafedrası  və  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Genetik  Ehtiyatlar  İns  ilə  müştərək  elmi  tədqiqat  işi

2. Məktəbə  qədər  yaşlı  uşaqlarda  ambriopriuyanın  formalaşmasının  polimergik  mexanizmləri  ATU-nun  Nevrologiya  kafedrası  və  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzi  ilə  müştərək  elmi  tədqiqat  işi

3. Azərbaycan Tibb Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi ilə birgə “Azərbaycanda uşaq və yeniyetmələrdə baş ağrısı pozğunluqlarının epidemiologiyasının öyrənilməsi: məktəblərə əsaslanan tədqiqat” mövzusunda tədqiqat işi.

4. Mukopolisaxaridoz  xəstəliyinin  erkən  diaqnostikası  və  registrin  hazırlanması.

5. Azərbaycanda  spinal  əzələ  atrofiynın  diaqnostikası  və  registrin  hazırlanması ATU və AMEA Genetik Ehtiyyatlar İnstitutu

6. Alsqeymer  xəstəliyinin  erkən  diaqnostikası.

7. 6-17  yaş  arası  baş  ağrısı  ilə  olan  uşaqların  Azərbaycanda  rast  gəlməsi  və  öyrənilməsi

8. Neonatal qıcolmaların yayilması və risk faktorların öyrənilməsi ATU-nun Nevrologiya kafedrasi və Elmi_tədqiqat Mama-Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanasi.

1. BED2.05  Birdəfəlik  dissertasiya  şurasının  Sədri  olmuşdur.

2. 3212.01 - Səhiyyə və Onun Təşkili ixtisası Seminar Şurasının Üzvü

3. ED.2.05 Dissertasiya şurasının Sədr müavini

4. Milli Nevrologiya Jurnalı (elmi-praktik jurnal)  baş redaktorun müavini

5. Azərbaycan  Psixiatriya  junalının  redaksiya  şurasının  üzvü.

 

Yerli  və  beynəlxalq  konfraslarda  97  çıxışı  olmuşdur

Dəvət olunmuş professor:

1. “Qərbi Qazaxıstan Marat Ospanov Tibb Universiteti” QSC tibb təhsili sahəsində uğurlu əməkdaşlığa görə Sizi yüksək qiymətləndirir Qazaxıstan Aktobe

2. Akademik mobillik proqramı çərçivəsində “Nevrologiya”, “Xüsusi Nevrologiya”, “Uşaqlarda perinatal patologiya və sinir sisteminin qazanılmış xəstəlikləri” fənləri üzrə Tibbi Pedaqogika fakültəsinin tələbələri, Magistratura rezidentləri, klinik ordinatorlar və tibb fakültəsinin tələbələri üçün praktiki məşğələlər keçirilmişdir. (18 saat) Rusiya Federasiyası Başqırdıstan Respublikası

3. Mühazirə və praktik məşğələlər 16 saat Özbəkistan Respublikası Səmərqənd

4. 4 dekabr - 8 dekabr 2023-cü il tarixləri arasında 16 saat həcmində onlayn mühazirə və praktik məşğələlər, Qazaxıstan, Almatı

Rəylər

Xarici  ölkələrdə  aparılan  elmi  işlərə  20-dən  çox  rəy  vermişdir

Təhsil

Nəriman  Nərimanov  adına  Azərbaycan  Tibb  Universitetinin  / 1997-2003  Pediatriya  fakültəsi

 

Nailiyyətlər (adlar)

1. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  16 iyun 2016-cı  il  tarixli  (protokol 15)  qərarı  ilə  Dosent  adı  verilmişdir.

2. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  20 dekabr 2024-cü  il  tarixli  qərarı  ilə  elmi – pedoqoji  fəaliyyətinə  görə  Professor  adı    verilmişdir.

Peşə və pedaqoji inkişaf

1. 2012-ci  il  ФГБУ  Федеральный  центр  мозга  и  нейротехнологий  ФМБА  России.  3 aylıq  təkmilləşdirmə  kursu.  

2. 2014-cü  il.  Vivantes  Humboldt  – Klinik  für  Neurologie,  Stroke  Unit, Zentrum  für  Epilepsie  2  aylıq  təkmilləşdirmə  kursu

3. 2015-ci  il  Ankara  Qazi  Universiteti.  Nöroloji  Ana  Bilim  Dalı.  2  ayllıq  təkmilləşdirmə  kursu  

4. 2016-cı  il  Республиканский  научно-практический  центр  «Мать  и  дитя»  город  Минск

 «Neonatal  və  uşaq  nevrologiyası» 1  aylıq  təkmilləşdirmə  kursu.  

5. 2019-cu  il  “Медицинский  институт  имени  Березина  Сергея  (MİBS)  «Gentikanın  əsasları.  Genetik  analizlərin  təhlili  qaydası” 5 günlük  təkmilləşdirmə  kursu.  

6. 2022 –ci  il  Eskişehir  Osmangazi  Üniversitesi  İnme  Merkezinde  İnme  Ünitesi,  Akut  İnme  Tedavisi,  İnme  Organizasyonu  konularında  gözlemci  olarak  çalışmıştır – 1 aylıq  təkmilləşdirmə  kursu

Kitab

1. “Nevrologiyada  müayinə  metodları  ( şkalalar,  testlər,  sorğu  anketləri)” R.K.Şirəliyeva, R.R.Əliyev  342 səh.  

2. “Nevrologiya”  R.K.Şirəliyeva,   R.R.Əliyev  724 səh.

3. “Социальный  груз  болезней  нервной  системы.  Основы  социальной  неврологии”.   315 səh

4. “Klinik Nevrologiya”  Şirəliyeva R.K. 3-Fəsil : “ Uşaq serebral iflici “

5. “Dağınılq  sklerozun  klinikası  və  diaqnostikası” R.K.Şirəliyeva R.R.Əliyev 35 səh.

6. “Nevrologiyada  tibbi  genetika”  dərslik.  Baş  redaktor  559 səh.

10  metodik tövsiyyə. / 2. Jurnal / Müxtəlif  jurnallarda  150-dən  çox  meqalə  və  tezis  çap  olunub.

 

Üzv olduğum qurum

1. AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ ƏMR 26 aprel 2024-cü il Bakı şəhəri İşçi qrupunun yaradılması barədə 3-28/3-1-157/2024 Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci yarımbəndini rəhbər tutaraq, uşaqlar arasında nadir (orfan) xəstəliklərdən ölüm səviyyəsinin aşağı salınması, onlara göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə işci grupun üzvü.

2. Səhiyyə Nazirliyinin 27.09.2012-ci il tarıxlı 79 nömrəli əmr “Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm halların araşdırılması üzrə Komissiyasının üzvü.

3. Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  göndərişi  ilə  gələn  qazi  və  əsgərlərə  hərbi  həkim  epspertizasını   təmənnasız  icra  edib.

4. Məhkəmə  Tibb  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyinin  göndərdiyi  sənədlər  əsasında  rəylər  verilib

5. Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  Tibbi  Xidməti  Xüsusi  Həkim  Epspertiza  Komissiyası  tərəfindən  göndərilən  xəstələrə  rəy  verilib

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

t.ü.f.d. Tağıyeva Mədina Rauf q. şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Клинические особенности, частота, факторы риска и прогноз течения эпилепсии у детей с детским церебральным параличом”  (diplom  alıb)

t.ü.f.d.  Əliyeva Sona Eldar q.  şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Uşaqlarda (12-17 yaş) epilepsiya zamanı depressiv epizodlar”  (diplom  alıb).

t.ü.f.d. Abdullayeva  Nərgiz  Rafiq  q.  şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Azərbaycanda  pentensiar  müəssisələrdə  HİV-ə  yoluxmuş  xəstələrdə  nevroloji  pozulmalar”.  (elmi  seminardan  keçib).  

t.ü.f.d. Əmənullayev  Nuran  İsaq  o. şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Azərbaycanın  cənub – şərq  regionunda  epilepsiyanın  klinik – epidemioloji  xüsusiyyətləri”

t.ü.f.d.  Hacıyeva İlahə Elxan  q.  şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Azərbaycanda uşaq  serebral iflicinin klinik- epidemioloji xüsusiyyətləri  və  təkmilləşməsi” (Elmi  seminardan  keçib).  

t.ü.f.d.  Mürsəlova Ülkər Qafar qızı  şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Kəllədaxili qeyri travmatik qansızmaların yenidoğulmuşlar arasında yayılması, klinik formaları, risk amilləri və neonatal itkilər”  

t.ü.f.d. Rəhimova Leyla  R.  şifr – 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Гипоксически - ишемическая энцефалопатия у детей, перенесших перинатальную гипоксию”  (müdafiə  edib).

t.ü.f.d. Əmirquliyev  Sərxan  Rafiq  o. 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Azərbaycanda  məktəb  yaşlı  uşaq  və  yeniyetmələrdə  birincili  baş  ağrılarının  yayılmasının  və  epidemioloji  xüsusiyyətlərinin  öyrənilməsi”.  

t.ü.f.d.  Lətifova  Günel  Bəymirzə  q. 3223.01 – Sinir  xəstəlikləri  ixtisası  üzrə “Epilepsiyalı  uşaqlarda  genetik  amilin  rolu  və  müalicə  xüsusiyyətləri”

PhD  Zhussupova Zhanna Tulegenovna  3223.01 – Sinir  xəstəlikləri  “Study of generalized movements  in infants with various neurological disoreders” (müdafiə  edib).

PhD Досболова М.К. 3223.01 – Sinir  xəstəlikləri.  “Клинические и молекулярно-генетические характеристики формирования фармакорезистентного течения эпилепсии у детей”  

t.ü.f.d. Abdullayev  Zeynal  Nüsrəddin. 3223.01 – Sinir  xəstəlikləri.    Döyüş  şəraitində  yaranmış  qapalı  kəllə  beyin  travmasının  uzaq  nəticələrinin  araşdırılması.