
Assistent Günay Cəfərova 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə ATU-nun I nevrologiya və tibbi genetika kafedrasında kliniki ordinator olmuşdur. 2005-2008-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində çalışmışdı. 2008-ci ilin dekabr ayından ATU-nun I Nevrologiya və tibbi genetika kafedrasına assistent vəzifəsinə secilmişdir. İşlədiyi müddət ərzində özünü bacarıqlı pedaqoq və diqqətli həkim kimi göstərmişdir. O, öz üzərində daima işləyir, nəzəri və təcrübi nevrologiyanın müasir tələblərini öyrənir, öz ixtisası ilə bağlı konfranslarda məruzəçi və iştirakçı kimi iştirak edir. Tədris prosesində fəal iştirak edir. O, rus və ingilis dillərini bilir. Cəfərova G.R. kafedrada hal-hazırda “Neyroinfeksiyalarda epilepsiyanın klinik görüntüləmə xüsusiyyətləri və müalicə seçimi” adlı dissertasiya işini aparır. 7 elmi məqalənin müəllifidir. O, Azərbaycan Uşaq Nevroloqlar Assosiyasiyasının,Ümumdünya Nevroloqlar Federasiyasının və Epilepsiya ilə Beynəlxalq mübarizə liqasının üzvüdür. Kafedranın ictimai işlərində yaxından iştirak edir, professor, müəllim və tələbələr arasında böyuk hörmətə malikdir.
Assistent / Azərbaycan Tibb Universiteti * 2008-hal-hazıradək
Baş laaborant / Azərbaycan Tibb Universiteti * 2005-2008
Klinik ordinator / Azərbaycan Tibb Universiteti *2003-2005
I müalicə profilaktika fakultəsi Azərbaycan Tibb Universiteti *1997-2003
Effective curuculum sylabus design. Azərbaycan Tibb Universiteti *2023
Hərəki sistemin zədələnməsi ilə mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri”kursu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdimə İnstitutu *2023 Pedoqoji peşəkarlığın inkişafı kursu Azərbaycan Tibb Universiteti*2024
“Nevrologiyada tibbi genetika” IX fəsil