Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1972-ci  ildə  ADTİ-nun  pediatriya  fakültəsini  bitirdikdən  sonra  5 saylı  birləşmiş  uşaq  yoluxucu  xəstəxanasının  poliklinika  şöbəsində  sahə  pediatrı  işləmiş,  1973-cü  ildə  uşaq  nevroloji  xəstəxanasının  ordinatoru,  1974-cü  ildə  Kazan  Həkimləri  Təkmilləşdirmə  İnstitutunda  uşaq  nevrologiyası  üzrə  4 aylıq  kurs  keçmişdir.  1974-cü  ildən  ADTİ-nin  II  sinir  xəstəlikləri  kafedrasında  əvvəl  baş  laborant,  1983-cü  illərdə  əmrlə  assistent,  1987-89-cu  illərdə  baş  laborant,  1989-cu  ildə  müsabiqə  yolu  ilə  assistent,  1966-cı  ildən  isə  dosent  vəzifəsinə  seçilmişdir  və  hal-hazırda  həmin  vəzifədə  çalışır.

1  monoqrafiyanın  (“Uşaqlarda  beyinin  hipoksiyası”)  azərbaycan  dilində  “Uşaq  sinir  xəstəlikləri”  dərsliyinin;  3  metodik  tövsiyyənin  (“Doğuş  asfiksiyası  zamanı  mərkəzi  sinir  sisteminin  pozğunluqları”,  “MSS  perinatal  patologiyası  olan  uşaqlarda  immun  status”,  “Uşaqlarda  epilepsiya  xəstəliyi”)  həmmüəllifidir;  1  səmərələşdirici  təklifi var.  130  elmi  işin  müəllifidir. 

1985-2005-ci  illərdə  və  2015-ci  ildən  kafedranın  həmkarlar  təşkilatının  sədri,  1989-cu  ildən  Azərbaycan  Respublikasının  nevroloqlar  və  tibbi  genetiklər  Assosiasiyasının  elmi  katibi,  1995-2012-ci  illərdə  pediatriya  fakültəsinin  elmi  şurasının  katibi,   2008 – 2015-ci  illərdə  Nevrologiya  və  Psixiatriya  üzrə  problem  problem  komissiyasının,  2004-cü  ildən  psixonevrologiya  ixtisası  üzrə  ilkin  müdafiə  şurasının,    Nevroloqlar  Beynəlxalq  Federasiyasının,  Epilepsiya  ilə  Beynəlxalq  mübarizə  Liqası  və  Azərbaycan  Nevroloqlar  Assosiasiyasının  üzvüdür.  2013-cü  ildən  kafedranın  Həmkarlar  Təştilatının  sədridir.

Akademik fəaliyyət

Azərbaycan  Tibb  İnstitutu

Baş  laborant  1974-1989

Assistent  1989-1996 

Dosent – 1996-hal-hazıra  qədər

Təhsil

Azərbaycan  Tibb  İnstitutu / Müalicə  Profilaktika  fakültəsi  1966-1972

Peşə və Pedaqoji İnkişaf

1974-cü  ildə  Kazan  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  uşaq  nevrologiya  kafedrasında  4  aylıq  kurs

2023-cü  il  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Nevrologiya  kafedrası

Kitab

“Uşaq  sinir  xəstəlikləri”  1991.T.Q.Qədirova,  Z.M.Əliyev,  Ə.N.Musaqulova,  F.C.Axundova,  M.M.Məmmədova,  R.N.Rzayev    312 səh.  

Monoqrafiya T.Q.Qədirova,  Q.Ə.Qasımova,  M.M.Məmmədova  1990.  152 səh.  

“Nevrologiyada  tibbi  genetika”  XII fəsil

Məqalə

1. Некоторые  особенности  течение  и  лечения  гидроцефалии  у  детей.  Azərbaycan  Tibb  Jurnalı  2000 N2 səh. 75-78

2. Особенности  течения  крациофарингиомы  у  детей.  Azərbaycan  Tibb  Jurnalı  xüsusi  buraxılış  2019. Səh. 151

3. Parkinson  xəstəliyinin  dərman  müalicəsinin  xüsusiyyətləri.  Milli  Nevrologiya  Jurnalı  2021 /2  səh. 22-26

4. Неврологические  нарушения  и  психометрические  методы  их  оценки  у  ВИЧ  больных.  Milli  Nevrologiya  Jurnalı  2021 /2  səh. 42-48

5. Epileptik  tutmaların  müalicəsinin  kəsilməsi  (dayandırılması)  Milli  Nevrologiya  Jurnalı  2021 /2 səh. 49-51

6. Parkinson  xəstəliyi  fonunda  polimorbidlik.  Azərbaycan  Tibb  Jurnalı  2022 /1 səh. 81-85

7. Неврологические  проявления  постковидного  синдрома.  İnfeksion  xəstəliklərin  aktual  problemləri.  Yarımillik  elmi-praktik  jurnal  2022 /1 səh. 50-54

Metodik  vəsait

1. Поражение  нервной  системы  при  родовых  асфиксиях  1979.  14 səh

2. Иммунный  статус  детей  с  перинатальным  поражением  ЦНС  1988 – 15səh.

3. Эпилепсия  у  детей  1996.  17 səh.