
1979 –ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib və 1 saylı Şəhər Klinik Xəstaxanasında həkim-interna vəzifəsində çalışmağa başlamışdır.1986-1988 illərdə 13 saylı Birləşmiş Şəhər Xəstaxanasında sahə həkimi, 1988-1990 illərdə həkim – nevroloq vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin II nevrologiya və tibbi genetika kafedrasına baş laborant vəzifəsinə qəbul olunub, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 2003-ci ildən assistent, 2017-ci ildən hal-hazıra qədər həmin kafedrada dosent vəzifəsində çalışır
Kafedrada işlədiyi müddətdə özünü savadlı həkim, müəllim kimi göstərmiş, klinika əməkdaşlarının və tələbələrin hörmətini qazanmışdır. Abasova N.N. kafedranın elmi-tədqiqat işlərin planlaşdırılmasında və yerinə yetirilməsində iştirak edir. 83 çap olunmuş elmi işin müəllifidir (2 klinik protokol,17 məqalə, 62 tezis; 11 iş xaricdə çap olunub) Abasova N.N. nevrologiya kafedrasında işlədiyi müddətdə respublika və xaricdə keçirilən elmi konfranslarda və seminarlarda iştirak və çıxış edib.
1990-2003 Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının baş laborantı
2003-2017 Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti
2017-ci ildən Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti
1979-1985 Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi
1985-1986 1 saylı Şəhər Klinik Xəstaxanasında həkim-interna
1988 ildə ADHTİ –də nevrologiya ixtisası üzrə spesializasiya kursu
2006 il. I.M.Seçenov adına Moskva Tibb Akademiyasında kurslar
2007 il. Rusiya Dövlət Tibb Universitetinin Ali Peşə Təhsili Dövlət Təhsil Müəssisəsində kurslar
ADHTI-də 2023 kurslar
Epilepsiyanın diaqnostika və müalisi üzrə klinik protokol, Bakı,B.: “Mars-V”MMC,2009, 75səh
Uşaqlarda epilepsiyaüzrə klinik protokol, Bakı,Meqa-Poliqraf MMC,2010,72 səhf.
“Nevrologiyada tibbi genetika” V fəsil
«Некоторые клинические варианты рефлекторных эпилепсий у детей», Azərbaycan psixiatriya jurnalı,2008,№1,s.97-104
«Клинические варианты и лечение инфантильных спазмов (синдром Веста)»,Azərbaycan psixiatriya jurnalı,2005,s 121-128.
«Отдаленные синдромы перинатальной энцефалопатии»,Azərbaycan tibb jurnalı,2005,№4, s.105-108
2000-ci ildən Azərbaycan Epilepsiya Əleyhinə Liqasının, 2011-ci ildən Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölməsinin xəzinədarıdır. 2006-2011-ci illərdə Pediatriya fakültəsinin Dövlət İmtahan Komissiyasının məsul katibi vəzifəsini yerinə yetirib və “Ümüd yeri” və “Kinder-Sos şəhərciyi” uşaq evlərində nevroloji problemləri olan uşaqlara tibbi xidmət göstərib.
Abasova N.N. АYU –nun nəznində psixiatriya və nevrologiya üzrə ED 2.05 Dissertasiya Şurasısının elmi katibidir və psixonevrologiya üzrə problem komissiyasının elmi katibidir. 2022 il tarixinə qədədr psixiatriya və nevrologiya üzrə aprobasiya şurasının üzvü olub. 2014-ci ildən nevrologiya və tibbi genetika kafedrasının elmi işlər üzrə məsul icraçısıdır. 2012-ci ildən nevrologiya fənni üzrə testlərin tərtib və ekspertizasında iştirak edir. 2016 ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı ilə nevrologiya üzrə rezidentura proqramının yeniləşdirilməsində iştirak edib.