Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə 1 saylı Şəhər Klinik Xəstəxanasında (indiki Klinik Tibbi Mərkəz) internatura keçib.

2004-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin I Nevrologiya və tibbi-genetika kafedrasinda kliniki ordinatura kursu keçib

2006-2009cu illərdə  Azərbaycan Tibb Universitetinin I Nevrologiya və tibbi-genetika kafedrasında aspirantura təhsili alib.

2009-2011ci illərdə Assmed Klinikasinda həkim-nevroloq işləyib.

2011-ci ildən  Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi-genetika kafedrasında assistent vəzifəsində çalışır.

2018-2020 illərdə  Azərbaycan Tibb Universitetinin Tədris - Terapevtik Klinikasında nevrologiya şöbəsinin müdirini əvəz edib.

2020- ci ildə COVİD-19 pandemiyasina xidmət göstərən şöbənin və 44 günlük Vətən Müharibəsində yaralanan əsgərlərə nevroloji xidmət göstərən şöbənin rəhbəri vəzifələrində çalışıb.

Azerbaycan uşaq nevroloqlar assosiasiyasının, Azərbaycan nevrololar assosiasiyasının, ILAE, WFN, üzvüdür.

Kəskin işemik insultun menecmenti uzrə təlimlərdə həm kursant, həmdə mühazirəçi kimi müxtəlif illərdə istirak edib. Epilepsiya,  Hərəkət pozulmaları və Parkinson xəstəliyinə həsr olunmuş konfrans və kiçik muddətli staj proqramlarina qatılıb.

Akademik fəaliyyət

Assistent Azərbaycan Tibb Universiteti  2011

Təhsil

Azərbaycan Tibb Universiteti  2011

Məqalə

1. Ş.İ.Mahalov,  N.İ.Əmənullayev, S.P.Ələkbərova  “Gənclik  mioklonik  epilepsiyanın  klinik  xarakteristikası.  Ə.M.Əliyevin  115  illiyinə  həsr  edilmiş  konfransın  materialları”.  Səh. 83-84.  Bakı 2012

2. Ş.İ.Mahalov, Z.M.Əliyev, N.İ.Əmənullayev  “Gənclik  absans  epilepsiyası”  Ə.Əliyevin  anadan  olmasının  120  illik  yubileyi  münasibətilə  ATU-da  keçirilən  elmi-praktik  konfransın  materialları,  görkəmli  dövlət  və  elm  xadiminə  həsr  olunmuş  xatirələr.  Səh. 220-221.  Bakı 2017

3. N.İ.Əmənullayev, N.X.Əzizova, N.F.Həsənov, İ.M.Əlizadə  “Azərbaycanda  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyinə  həsr  edilmiş  təbabətin  aktual  problemləri”  səh. 90. Bakı 2018

4. Ş.İ.Mahalov, N.X.Əzizova, N.İ.Əmənullayev, N.F.Həsənov, İ.M.Əlizadə, Ş.N.Mehtiyeva, A.K.Məmmədbəyli  “Azərbaycanda  epileptoloji  xidmətin  vəziyyəti  və  onun  yaxşılaşdırılması  yolları”  T.e.d.,  prof. Surxay  Axundovun  120  illiyinə  həsr  olunmuş  elmi-praktik  konfransın  materialları.  Səh. 8-18.  Bakı 2017