
Bayramova Leyli Qədir qızı 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsində təhsil almışdır.2006-2007 ci illərdə 1 saylı Şəhər Klinik xəstəxanasında həkim -nevroloq ixtisası üzrə internatura keçmişdir.2012-ci ildən ATU-nun nevrologiya kafedrasında baş laborant vəzifəsində çalışmağa başlamışdır.2015-ci ildə nevrologiya ixtisası üzrə İstanbul Tibb Universitinin İstanbul Tibb Fakultəsində ixtisas artırma kursu keçmişdir.2020-2023- cü illərdə tibb üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün ATU-nun nevrologiya kafedrasında doktarantura təhsilini almışdır.2023-cü ilin may ayından etibarən hal-hazıradək II müalicə-profilaktika fakültəsində akademik məsləhətçi vəzifəsində işləyir.Azərbaycan Nevroloqlar Assosiasiyasının həqiqi üzvü, Avropa Nevroloqlar Assosiasiyasının (EPNS) üzvü, Epilepsiya Əleyhinə Mübarizə Liqasının (İLAE) üzvü,Türk Nevroloji Dərnəyinin üzvüdür. 10-dan çox elmi məqalə və tezislərin müəllifidir.Beynəlxalq və yerli konfranslarda çıxış və iştiraka dair sertifikatları vardır.ATU-nun tədris-terapevtik klinikasında nevroloji xəstələrin ambulator və stasionar qəbulunu aparır.
Azərbaycan Tibb Universiteti * 2012-2025 Baş laborant
Azərbaycan Tibb Universiteti * 2025 oktyabrdan assistent
Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi (2000–2006)
Epilepsiya üzrə yay məktəbləri (2012, 2013), Nevrologiya kursu – İstanbul (2015), ADHTİ (2024)