Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-Profilaktika fakultəsində ali təhsil alıb.

2005-2006-cı illərdə 1 saylı Şəhər Klinik Xəstəxanasında (indiki Klinik Tibbi Mərkəz) internatura keçib.

2007-2012-ci illər ərzində Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində həkim-nevropatoloq vəzifəsində çalışıb.

2012-2015-ci illlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasında baş laborant, 2015-2020-ci illərdə assistent və 2015-2018-ci illərdə İnstitutun rezidentura şöbəsinin müdiri, 2020-2022-ci illərdə kafedranın dosenti vəzifəsində çalışıb.

2016-2018-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasında konsultant nevropatoloq kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Prezidentinin 27.06.2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini təyin edilib və 02.02.2022-ci ilə kimi bu vəzifədə çalışıb.

2019-2022-ci illərdə Maastricht Business School və ADA Universitetinin təqdim etdikləri ikili diplomla MBA üzrə magistratura təhsili alıb.

2022-ci ildən hal-hazıra kimi Lanset cərrahlıq klinikasının direktoru və Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti vəzifəsində çalışırır.

Bir sıra beynəlxalq konfrans və seminarlarda çıxışlar edib və təşkilati komitəsinin üzvü olub.

2007-2009-cu illər ərzində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının rəhbərliyi altında İnsult Registri proqramı ilə Siyəzən rayonunda baş beyin insultlarının yayılmasını araşdırıb.

2013-cü ildə “Quba-Xaçmaz iqtisadi rayonunda baş beyni insultunun və onun risk amillərinin yayılmasının və nəticələrinin xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

2018-ci ildən “Azərbaycanda dağınıq sklerozun klinik epidemiologiyası və xəstələrə tibbi-sosial yardımın təşkili” mövzusunda tibb üzrə elmlər doktoru dissertasiyası üzərində çalışır.

150-yə qədər elmi məqalənin, 2 metodik tövsiyənin, 1 klinik protokolun və 2 tədris vəsaitinin və 1 dərsliyin həmmüəllifidir.

2011-ci ildən Milli Nevrologiya Jurnalının təsisçisi (2020-ci ilə qədər) və məsul katibidir.

2012-ci ildən Nevroloqların Milli Assosiasiyasının həmtəsisçisi və məsul katibidir.

2019-cu ildən Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin həmtəsisçisi və məsul katibidir.

2015-2019-cu illərdə “Tibb və Elm” Əziz Əliyev adına elmi-praktik jurnalın Redaksiya şurasının, 2020-ci ildən redaksiya heyətinin üzvüdür.

2021-ci ildən Uşaq Nevroloqlar Cəmiyyətinin vitse-prezidentidir.

2012-2021-ci illərdə Dağınıq skleroz üzrə Dövlət proqramının komissiyasının üzvü olub.

2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının, Dünya insult təşkilatının və Avropa insult təşkilatının təşəbbüsü ilə yaradılan Avropa ölkələrində insultlu xəstələrə yardımın təkmilləşdirilməsi proqramının (ESO-EAST) Azərbaycan üzrə icraedici komitəsinin sədr müavini və milli koordinatorudur.

Akademik fəaliyyət

Dosent / Azərbaycan Tibb Universiteti * 2022-hal-hazıradək

Dosent / Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2020-2022

Assistent / Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2015-2020

Baş laborant / Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu *2012-2015

Təhsil

II müalicə-profilaktika fakültəsi Azərbaycan Tibb Universiteti *1999-2005

Biznesin idarə edilməsi (magistratura) Maastricht Business School və ADA Universiteti * 2019-2022

 

Nailiyyətlər (Adlar)

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  03.03.2025-ci  tarixli qərarı  ilə  Dosent  adı  verilmişdir.

Peşə və Pedaqoji İnkişaf

2007-ci ildə P.L. Şupik adına Kiyev Diplomdan sonrakı Tibb Akademiyasının (Ukrayna, Kiyev) II Nevrologiya kafedrasında bir aylıq ixtisasartırma kursu keçib.

2008-ci ildə Azərbaycan Tibb Tələbələri və Gənc Həkimlər İctimai Birliyinin təşəbbüsü ilə Çarlz Universitetinin (Çexiya, Praqa) Nevrologiya kafedrasında bir aylıq təcrübə mübadiləsində iştirak edib.

2010-cu ildə Nevrologiya Cəmiyyətlərinin Avropa Federasiyasının təşəbbüsü ilə Krankenanstalt Rudolfstiftung Xəstəxanasının (Avstriya, Vyana) Nevrologiya şöbəsində altı həftəlik təcrübə kursu keçib.

2013-cü ildə Belarusiya Diplomdan sonrakı Tibb Akademiyasının (Belarusiya, Minsk) sinir xəstəlikləri kafedrasında ENMQ üzrə ixtisasartırma kusu keçib.

2016-cı ildə Amerika-Avstriya fondu, Avstriya İnkişaf Kooperasiyasının və Açıq Tibb İnstitutunun dəstəyi ilə Christian Doppler Clinic-də (Paracelsus Private Medical University of Salzburg) insultun ilkin profilaktikası üzrə – ekstrakranial ultrasəs doppleroqrafiya kursu (dörd həftə) keçib (Avstriya, Zalsburq).

2017-ci ildə Avropa İnsult Təşkilatının təşəbbüsü ilə Scharite xəstəxanasının (Almaniya, Berlin) İnsult blokunda 1 həftəlik təcrübə mübadiləsində iştirak edib.

Bir sıra beynəlxalq konfrans və seminarlarda çıxışlar edib və təşkilati komitəsinin üzvü olub.

Kitab

1. Şirəliyeva R.K., Məmmədbəyli A.K., Əliyev R.R. Nevrologiyada müayinə metodları (şkalalar, testlər, sorğu anketləri). Tədris-metodiki vəsait. Bakı - «Red N Line» MMC. 2020. 344 s.

2. Şirəliyeva R.K., Məmmədbəyli A.K., Əliyev R.R. Nevrologiya (dərslik).. Bakı - «Red N Line» MMC. 2022. 724 s.

3. “Nevrologiyada  tibbi  genetika”  XII fəsil

Məqalə

1. Клиническая эпидемиология рассеянного склероза.     2023*Azərbaycan təbabətinin müasir nailiyyətləri, №3 (səh 7-17) Bakı. Ширалиева Р.К.

2. Характеристика больных по возрасту и полу на момент вероятной первой атаки рассеянного склероза в Азербайджане.    2023* Tibb və Elm Ə.Əliyev adına elmi-praktik jurnal №3 (33) (səh 25-34).

3. Azərbaycanın şəhər və kənd yaşayış məntəqələrində dağınıq skleroz xəstəliyinin xüsusiyyətləri. 2024* Azərbaycan Tibb Jurnalı, N1 (səh 31-38).

4. Clinical and epidemiological characteristics of multiple sclerosis in the southern region of the Republic of Azerbaijan.2025* Pakistan Journal of Medical Sciences, 41 (2) (səh 437-442).