Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Nəriman  Nərimanov  adına  Tibb  institutunun  Müalicə  Profilaktika  fakültəsinə  daxil  olub  və    1977-ci  ildə  eyni  fakültəni   bitirib.  1977-78-ci  illərdə  akademik  Mir-Qasımov  adına  Respublika  Klinik  Xəstəxanasında  intern  kimi  çalışıb.  1978-1981-ci  illərdə  Səhiyyə  Nazirliyinin  təyinatı  ilə  Dəvəçi  rayonunun  Siyəzən  şəhərində  nevropatoloq  vəzifəsində  işləyib.  1981-83-cü  illərdə  Nəriman  Nərimanov  adına  Tibb  institutunun  II  Sinir  xəstəlikləri   fakültəsinin  Sinir  xəstəlikləri  kafedrasında  klinik  ordinaturada  təhsil  alıb.  1984-cü  ildən  eyni  kafedrada  baş  laborant  vəzifəsinə  qəbul  olunub.  1989-cu  ildən  assistent,  1994-cü  ildən  dosent  vəzifəsinə  seçilib.  Hal-hazırda  Azərbaycan  Tibb  Universitetinin  Nevrologiya  kafedrasının  dosenti  və  1989-cu  ildən  indiyə  qədər  tədris  işləri  üzrə  kafedra  müdirinin  müavini  vəzifəsində  çalışıb.  

1992-ci  ildə  elmlər  namizədi  dissertasiyasını  müdafiə  edib.  150  elmi  iş,  1  dərslik,  4  klinik  protokol  və  1  metodik  vəsaitin  müəllifi  və  həmmüəllifidir.

Uzun  müddət  Səhiyyə  Nazirliyinin   baş  mütəxəssisi,  Tələbə Qəbulu  Komissiyasının  eksperti,  elmi  şuraların  üzvü  olub.

Doktor R.Rzayev  işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

12  il  Səhiyyə  Nazirliyinin  baş  nevroloqu  və  baş  uşaq  nevroloqu

Akademik fəaliyyət

Azərbaycan Tibb İnstitutu

Baş laborant  1984-1989

Assistant  1989 – 1994  

Dosent – 1994-hal-hazıra  qədər

Təhsil

Azərbaycan Tibb İnstitutu Müalicə Profilaktika fakültəsi  1971-1977

Nailiyyətlər (Adlar)

Tibb  elmləri  namizədi  1992

Dosent  1997

Kitab

“Uşaq  sinir  xəstəlikləri”  dərs  vəsaiti.  Bakı  1991  həmmüəllif

2. Jurnal / 150  tezis  və  məqalə

3. Kitabda  nəşrlərimiz

Klinik  protokollarda  həmmüəllif

Epilepsiyanın  diaqnostika  və  müalicəsi  2009

Uşaqlarda epilepsiya  2010

Baş  ağrıların  diaqnostikası  2012

Sağlamlıq  imkanları  məhdud  uşaqların  aşkarlanması  2012