Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İsmayılova Samirə  2003-cü ildə ATU-nun pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Uşaq Nevroloji Xəstəxanasında internaturanı  əla göstəricilərlə  başa vuraraq  2004-cü ildən II  Nevrologiya və tibbi genetika, 2011-ci ildən 2015 –ci ilə qədər Nevrologiya kafedrasında baş laborant  vəzifəsində işləyib. 2015- ci  ilin may ayından isə seçki yolu ilə 0,5 ştat assistent vəzifəsində çalışır..  Kafedrada müalicə profilaktika, stomotalogiya, ictimai səhiyyə fakultələrində praktik məşğələlər aparır. Tədris yükünü tam həcmdə məsuliyyətlə yerinə yetirir.

Kafedranın planlaşdırılmış,elmi-tədqiqat işlərində, tələbələr üçün hazırlanan test imtahan suallarının tərtibində iştirak edir. Bir sıra tezis və məqalələrin müəllif və həmmüəllifidir. O, diqqətli və bilikli həkimdir, ATU Tədris Terapevtik Klinikasının Nevrologiya və diaqnostik poliklinika şöbələrində stasionar və ambulator xəstələrin müayinə və müalicəsi ilə məşğul olur. Öz üzərində həvəslə çalışır. Ölkəmizdə və xaricdə təşkil olunmuş konfrans və seminarlarda aktiv iştirak edir. 2015-ci ildə Ankara şəhəri Qazi Universiteti Uşaq nevroloji bölümündə  “Epilepsiya” üzrə  kurs  keçmişdir.Rus,türk və ingilis dillərində sərbəst danışır

Akademik fəaliyyət

Assistent / Azərbaycan Tibb Universiteti * 2015-hal-hazıradək

Baş laborant / Azərbaycan Tibb Universiteti * 2004-2015

Təhsil

Pediatriya  fakültəsi / Azərbaycan Tibb Universiteti *1997-2003

Uşaq Nevroloji xəstəxanası internatura 2003-2004

Məqalə

1. Uşaq serebral iflicinin diaqnostikasında səhvlər.   2024* Milli Nevrologiya Jurnalı №25 (səh32-34).

2. Yuvenil miasteniya gravis, Milli Nevrologiya Jurnalı, Azərbaycan nevrologiya həftəsi səh146, 16-21 dekabr 2024, Bakı, Azərbaycan

 

Ön çap

Nevrologiyada Tibbi Genetika dərsliyi  II fəsil Mərkəzi sinir sisteminin inkişaf qüsurları

Epileptik Tutmaların Yenilənmiş Təsnifatı  məqalə Azərbaycan Tibb Jurnalı

Uşaqlarda Epilepsiya Üzrə Klinik Protokol

Üzv olduğu qurum

Azərbaycan Milli Nevroloqlar Assosiasiyası

Uşaq Nevroloqlar Assosiasiyası

Beynəlxalq Nevroloqlar Federasiyası

Epilepsiya Əleyhinə Beynəlxalq Liqa

 Avropa Pediatrik Nevroloqlar Assosiasiyası