Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Doktor Quliyeva Şəbnəm 2006-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə- profilaktika fakültəsinin məzunu olmuşdur. Universiteti bitirdikdən sonra 1 saylı Sumqayıt şəhər xəstəxanasında nevrologiya üzrə internatura keçmişdir. 2007-2011-ci illərdə təyinat üzrə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında nevroloq vəzifəsində işləmişdir. 11 aprel 2011-ci il tarixindən Azərbaycan Tibb Unibersiteti Nevrologiya kafedrasında baş laborant vəzifəsində çalışır.

Calışdığı müddətdə Ş.Quliyeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə işlərinə kömək etmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan tezis və məqalələrin müəllifidir.

Doktor Ş.Quliyeva işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır.   

Akademik fəaliyyət

Baş laborant / Azərbaycan Tibb Universiteti  2011-ci ildən hal-hazıradək

 

Təhsil

II Müalicə-profilaktika  fakültəsi / Azərbaycan Tibb Universiteti 2000-2006

Peşə və Pedaqoji İnkişaf

Sentyabr, 2011 Epilepsiya üzrə yay məktəbi Bakı, Azərbaycan

Sentyabr, 2012 Epilepsiya üzrə yay məktəbi Lapota, Gürcüstan

İyun, 2015 Nevrologiya kursu İstanbul Tibb Fakültəsi, Nevrologiya kafedrası, İstanbul, Türkiyə

İyul, 2015 Tibbi genetika kursu İstanbul Tibb Fakültəsi, Tibbi genetika kafedrası,İstanbul, Türkiyə

İyun, 2024 ADHTİ, “Nevrologiyada      təxirəsalınmaz vəziyyətlər”  Bakı, Azərbaycan

Kitab

“Nevrologiyada  tibbi  genetika”  III, IV, XIII fəsillər

Məqalə

1.Müxtəlif histoloji xüsusiyyətlərə malik baş beyin şişlərində epilepsiya.   Ş.İ.Mahalov, Ş.Q.Quliyeva 

2. Müxtəlif lokalizasiyalı baş beyin şişlərində epileptik tutmalar. Ş.Q.Quliyeva, Ş.N. Mehtiyeva, A.Ə.Musayeva, F.Ə.Qaralov

3. Epileptik sindromlu neyrofibromatoz tip 2.  Ü.T.Bədəlova, Ş.Q.Quliyeva, S.T.Bədəlova

4. Baş beyin şişlərində rast gəlinən epileptik tutmaların xüsusiyyətləri Ş.Q.Quliyeva, Ş.N.Mehtiyeva

5. Qlioblastomalı xəstələrdə epilepsiya: etiopatogenez və müalicə Ş.Q.Quliyeva                                                                      

6. Лечение постинсультной эпилепсии R.F.Səmədova, S.P.Ələkbərova, G.R. Cəfərova, Ş.Q.Quliyeva