
1976-cı ildə Təpəkənd kənd orta məktəbini, 1979-cu ildə Bakı şəhər 2 saylı tibb məktəbini fərqlənmə diplomu ilə bitirmişəm. 1979-1981-ci illərdə ordu sıralarında xidmət etmişəm. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakultəsinə daxil olmuş, 1989-cu ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişəm. 1990-cı ildən M. Nağıyev adına KTTYX-da (indiki 1 saylı şəhər xəstəxanası) həkim kimi fəaliyyətə başlamışam.2001-ci ildə “Kəskin bağırsaq keçməzliyinin cərrahi müdaxilədən sonrakı intensiv müalicəsində qanın damardaxili lazer şüalandırılması və plazmaferezin klinik effektivliyi” mövzusunda dissertasiya işini müdafiə etmişəm. Tibb elmləri namizədiyəm.2005-ci ildən Azərbaycan Tibb Universitetinin I-ci cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsinə seçilmişəm. Hal-hazırda da həmin vəzifədə çalışıram. 57 dərc edilmiş elmi işlərin müəllifiyəm.Klinik cərrahlığın aktual məsələlərinə həsr edilmiş universitet, ümumrespublika, beynəlxalq səviyyəli elmi praktik konfrans və konqreslərin iştirakçısı olmuşam.
2005-ci ildən ATU- İ cərrahi xəstəliklər kafedrasında dərs deyirəm
1983-1989 – cu illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə profilaktika fakultəsi
Pedaqoji peşəkarlığın inkişafı 23.06 – 03.07.2025
Ümumi Cərrahiyyə, Ekstrakorporal detoksikasiya
International Conference on Covid-19 Studies. 2021;September:118-122. https://www.covid 19conference.org/conferencebooks
Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti
Azərbaycan Cərrahlar Cəmiyyəti
Azərbaycan Qastroenteroloji-Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti
Türkiyə cərrahiyyə dərnəyi;
Türk iç hastalıkları uzmanlıq dərnəyi.
Transxəzər Beynəlxalq HPB Cərrahiyyə Assosasiyası