ATU-nun Debat Klubunun finalçıları bəlli oldu

Azərbaycan Tibb Universitetinin tələbələri təhsillə yanaşı, daim ictimai təşəbbüslərə də maraqla qatılırlar. Belə fəaliyyətlərdən biri də Debat Klubunda həyata keçirilir. Klub ATU-nun Tələbə Həmkarlar Komitəsinin nəzdində fəaliyyət göstərir.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimlinin sözlərinə görə, ATU-nun Debat Klubu tərəfindən mütamadi olaraq daxili turnirlər təşkil olunur: “Bu gün “Gənc nəslin sahibkarlıq fəaliyyətində dövlət dəstəyi əsas faktordur” mövzusunda keçirilən daxili turnirin final mərhələsi baş tutub. Turnirin qalibi 8,5 balla “Bermud” komandası olub”.

Azərbaycan Tibb Universitetinin Debat Klubu 1999-cu ildə yaradılıb. Təşkilatın yaradılmasında məqsəd tələbələrin asudə vaxtlarının səmərəli keçirməsinə, onları pis vərdiş və istiqamətlərdən uzaqlaşdırmaqdan ibarətdir. 2008 və 2009-cu illərdə Respublika Debat turnirinin çempionları məhz ATU-nun debatçıları olub. 2012-ci ildə keçirilən Bakı Debat Formunun qalibləri də ATU-nun Debat Klubudur. ATU-nun Tələbə Həmkarlar Komitəsinin nəzdində fəaliyyət göstərən Debat Klubu Bakı Gənclər Debat Formunda 1/8 mərhələyə keçməyə haqq qazanıb.