Noyabrın 22-də II Müalicə Profilaktika fakültəsinin dekanlığı ilə qrup nümayəndələrinin görüşü keçirilib. Tədbirin əsas məqsədi tədrislə bağlı tələbələrin münasibətini öyrənmək, onların təklif və iradlarını dinləməkdən ibarət olub.
Tibb üzrə fəlsəfə doktoru, dekan İsrail Məhərrəmbəyli universitetdə aparılan islahatlardan söhbət açaraq tədrsini Boloniya sisteminə uyğunlaşdırılması ilə əlaqədar olaraq bu istiqamətdə lazımi addımlar atıldığını bildirib. İmtahanlarda aparılan dəyişikliklər və açıq sulların tətbiqi ilə əlaqədər məlumat verib.
Fakültə dekanı İ.Məhərrəmbəyli bildirib ki, imtahanlarda açıq suaların tətbiqi bəzi tələbələr tərəfindən təqdir edilməsə də, bu, onların mənimsədiyi fənnin daha mükəmməl şəkildə yiyələnməsinə xidmət edir.
Dekan, həmçinin tələbələrə tədris zamanı üzləşdikləri problemlə bağlı zamanında dekanlığa müraciət etmələrini tövsiyyə edib. Dekan müavini, dosent Sevinc Məhərrəmova tələbə-müəllim münasibətlərinin sıx şəkildə qurulmasının vacibliyinə toxunaraq, tələbələrin dərsə dəvamiyyətində çatışmazlıqlardan da söhbət açıb. Onlara bu məsələdə diqqətli olmağı, dərsə gecikmələrə yol verməməyi diqqətlərinə çatdırıb.
Tələbə-dekan Məhərrəm Alimli yaxşı həkim olmaq üçün tələbələrə dərsə davamiyyətə fikir verməyi, nəzəri və praktik biliklərə yiyələnmək üçün ciddi çalışmağın zəruriliyini bildirib. O, həmçinin tələbələrin şikayətlərinə baxılması məqsədilə qaynar xəttin və anonim məktubların qəbulu üçün ATU-nun Ictimai Nəzarət və Məsləhət şurası tərəfindən qutuların təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tələbələri təklif və iradları səsləndirilib. Əsasən şikayətlər test suallarının sayı, 4-5 dəqiqə dərsə gecikmələrə görə müəllimlərin onları dərsə buraxmamaları ilə əlqaədar olub.
Edilmiş təklif və iradlara dekan İ. Məhərrəmbəyli tərəfindən ətraflı izah verilib. O, bu cür görüşlərin davamlı olacağını tələbələrin diqqətinə çatdırıb.