Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə-profilaktika fakültəsinin kafedralarında fəaliyyət göstərən həmkarlar qrupu ilə fakültə rəhbərliyinin görüşü keçirilib.
Fakültə dekanı, dosent İsrail Məhərrəmbəyli görüşün məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd fakültə nəzdində olan kafedraların həmkarlar qrupunun fəaliyyətinin aktivləşdirilməsini, universitetdə aparılan reformalarda onların aktiv iştirakını təmin etməkdir: "Kafedralarımızın həmkarlar qrupunun üzvü həm kafedrada işə davamiyyətə, həm də tədrisin təşkili qaydalarına nəzarət edən şəxsdir. Son illərdə bizim fakültənin həmkarlar qrupunun sədri olmadığı müddətdə yeni bir təyinat olub. II müalicə-profilaktika fakültəsinə həmkarlar qrupuna sədr seçilib. Bu vəzifəni ATU-nun İdman təbabəti və fizioterapiya kafedrasının assistenti Nurlana Əliyeva icra edəcək. İnanırıq ki, bundan sonra işlər daha aktiv aparılacaq".
Görüşdə həmkarlar qrupunun bir-biri ilə və dekanlıqla sıx əlaqədə olmalı olduqlarından, universitet aktiviktlərində aktiv iştiraklarının vacibliyindən söz açıldı. Tədbirdə ümumilikdə 22 nəfər üzv iştirak edirdi. Bunlardan 5 nəfəri Həmkarlar İttifaqı Komitəsinin büro üzvləri, digərləri isə fakültə üzrə kafedraların həmkarlar qruplarının rəhbərləri idi.