Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşının kliniki məqalələri “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda çap olunub

ATU əməkdaşının kliniki məqalələri “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda çap olunub

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının cari ildə “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda kliniki məqalələri çap olunub.

Universitetin Elmi Arasdırmalar Mərkəzinin baş elmi işçisi,  t.e.d. Rəşad Şolanın bu məqalələri üç müxtəlif istiqamət üzrə tədqiqat nəticələrini əks etidirir.

“Successful Kidney Transplantation in Turner Syndrome: A Case for Feasibility and Favorable Outcomes” adlanan ilk məqalə Turner sindromlu xəstəyə uğurlu böyrək transplantasiyasının nəticələrini, həmçinin  bu yanaşmanın mümkünlüyünü və əlverişli nəticələrin sübutunu özündə ehtiva edir.

Bu sindrom müxtəlif anomaliyalara, o cümlədən son mərhələli böyrək çatışmazlığına qədər proqressivləşə bilən böyrək malformasiyalarına səbəb olur. Bu klinik hal Turner sindromlu xəstələrdə böyrək transplantasiyasının mümkünlüyünü nümayiş etdirir və unikal anatomik çətinliklərin aradan qaldırılmasında diqqətli əməliyyatdanəvvəlki planlaşdırmanın və multidissiplinar yanaşmanın vacibliyini vurğulayır.

Növbəti məqalə - “Management and Outcomes of Pregnancy After Kidney Transplant: A Single-Center Retrospective Study from Azerbaijan” böyrək transplantasiyasından sonra hamiləliyin idarə olunması və nəticələrini, Azərbaycanda aparılmış tək mərkəzli retrospektiv tədqiqatı əks etdirir. Nəticəyə əsasən, böyrək transplantasiyasından sonra hamiləlik ciddi multidissiplinar müşahidə şəraitində həm ana, həm də transplantat üçün mümkün və təhlükəsizdir. Vaxtından əvvəl doğuş və gestasion hipertenziya riski mövcud olsa da, diqqətli monitorinq yüksək canlı doğum göstəricilərinə nail olmağa və transplantat funksiyasının stabilliyini qorumağa imkan verir.

“Preserving Fertility After Bilateral Testicular Gunshot Injury: A Case Report” adlı üçüncü məqalə isə xayaların odlu silah yaralanması sonrası cərrahi yolla qorunma metoduna həsr olunub.

Tədqiaqtlar Azərbaycan Tibb Universiteti ilə DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzi arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində aparılıb.

Qeyd edək ki, Rəşad Şolan eyni zamanda DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcürbə Mərkəzinin rəisidir.

Paylaş

Dostlarınız ilə paylaşın.