Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Terapevtik ve pediatrik propodevtika kafedrasının dissertantı, Efferent Terapiya Mərkəzinin həkim nefroloqu Elgün Həziyev Beynəlxalq Nefroloqlar Təşkilatının ( İSN ) keçirdiyi müsabiqədə iştirak edib.
Gənc alimin təklif etdiyi “Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alan xəstələrdə Kəskin Böyrək Zədələnməsinin müalicəsində Davamedici Veno Venoz Hemofiltrasiya ( CVVHDF )” adlı araşdırma işi müsabiqədə qalib olub.
E. Həziyev elmi araşdırmanı davam etdirmək üçün Türkiyə Cumhuriyyəti Bezmialem Vakıf Universitetindən dəvət alıb. Universitet gənc alimə 12 ay müddətində 7 müxtəlif profilli reanimasiyada işləmək və araşdırma bazası toplamaq hüququ verib.