ATU-nun Tədris Terapevtik Klinikasinda genetik risk faktoru yüksək olan xəstəliklə bağlı klinik müzakirə aparılıb
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında xəstə təhlili ilə bağlı növbəti müzakirə aparılıb.
Nevrologiya kafedrasının uşaq nevroloqları tərəfindən aparılan klinik təhlildə professor-müəllim heyəti, həkimlər, rezidentlər iştirak ediblər.
Müzakirə “İrsi sensor-motor aksonal demielinizedici polineyropatiya, autosom-resessiv forma” xəstəliyi barəsində olub. Qeyd edək ki, bu xəstəlik genetik risk faktoru yüksək olan xəstəliklər qrupuna daxildir. Xəstəlik zamanı yerişin çətinləşməsi, tez yorulma, ayaq barmaqlarının deformasiyası hallarına rast gəlinir.
Müzakirələrdə bildirilib ki, uşaq anadan hipotonik sindrom ilə doğulub. “Qurbağa” pozası, süstlük, doğulandan sonra daimi olaraq qəbizlik halları müşahidə edilib. Uşağın yaşı artıqca digər problemlər də ortaya çıxıb.
O da qeyd edilib ki, xəstəlik zamanı əzələ distrofiyasına səbəb ola biləcək xromosom patologiyası aşkar edilməyib.
Müzakirələrin sonunda professor-müəllimlər, rezidentlər xəstəyə baxış keçiriblər.