Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının genişləndirilmiş iclası keçirilib.
İclasda çıxış edən direktorun müavini Adil Nuriyev aparılan bu müzakirələrin rezidentlərin kliniki praktiki vərdişlərinin artırılmasında faydalı olacağını bildirib: “Eyni zamanda onlar xəstəlik tarixlərinin düzgün tərtib edilməsi, diaqnozun qoyulmasında və əsaslandırılmasında müasir klinik protokolların müalicənin tətbiq olunmasında rolu ilə bağlı mühüm bilgilərə sahib olacaqlar”.
İclasında davamında bir neçə xəstənin klinik təhlili aparılıb. Komissiya üzvlərinin də iştirakı ilə aparılan təhlillərdə professorlar, şöbə müdirləri və rezidentlər iştirak ediblər.
Qeyd edək ki, Tibbi Ekspertiza Komissiyasının üzvləri professorlar Yaqub Qurbanov və Zakir Əliyev, Uşaq kardio-revmatologiya şöbəsinin müdiri Ələkbər Həsənov, kardioloq Fuad Səmədov və Hematologiya şöbəsinin müdiri Valeh Hüseynovdur.