ATU-da ötən ilin dekabrın 29-undan başlayan qış imtahan sessiyası fevralın 1-də başa çatıb. Ənənəvi olaraq hər il olduğu kimi, imtahanın gedişini izləmək üçün Virtual Test Mərkəzində olduq.
Tələbələrlə, müəllimlərlə və nəzarət-öyrənməyə çalışdıq. Söhbət zamanı hərbi tibb fakültəsinin tələbələri Baba Fərəcov və Ağanur Cavadov bildirdilər ki, dəri-zöhrəvi xəstəlikləri fənnindən imtahan veriblər. Hər ikisi də imtahanın gedişindən razıdırlar və müvəffəqiyyət qazanıblar. II müalicə- profilak-tika fakültəsinin tələbələri Günel Novruzlu və Aytac Cəbrayılova da imtahan verdikləri histo-logiya fənnindən uğurla çıxdıqlarını söylədilər. Nəzarətçilər qrupunun üzvü Namiq Xəlilov bizimlə söhbətində bildirdi ki, nəzarətçi ol-duğu müddətdə heç bir pozuntu olmayıb, hər şey normaldır və hər hansı ciddi hadisə qeydə alınmayıb.
Apellyasiya Komissiyasının üzvü Oqtay Mehdiyev isə məlumat verdi ki, komissiyaya gün ərzində tələbələrdən daxil olan 8 şikayətin 5-nə baxıb. Onlardan 2-si əsaslı, 3-ü isə əssasız olub. Edilmiş 3 şikayətə də gün ərzində baxılacaq”.
II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəylinin bildirdiyinə görə, hazırda II kurs tələbələri histolo-giya fənnindən imtahan verir. İmtahana tələbələr vaxtında gəliblər. Bu səbəb im-tahanın gedişinə müsbət təsir edir. Elə bir ciddi problem yoxdur. Tələbələr imtahanın gedişindən razıdır. İlkin məlumata görə, imtahana gəlməyənlər də, müvəffəqiyyət qazanmayanlar da var. Yuxarı kurslardan fərqli olaraq, aşağı kurslarda format fərqi var. Bunun da əsas məqsədi tələbələrin kitaba meyl etməsinə stimul verməkdir.
Virtual Test Mərkəzinin direktoru, dosent Şahin Bayramovun imtahanın nəticələri ilə bağlı təəssüratlarını da öyrəndik: “Bu ilin qış imtahan sessiyasında 43 minə yaxın imtahan keçirilib. I, II kurs tələbələri üçün imtahan keçən semestrlərə nəzərən fərqli formatda olub. III-VI kurs tələbələrinə əvvəllər olduğu kimi, 50 sual düşüb və hər sual bir bal hesab olunub.” –deyən Ş.Bayramov dünyada qəbul edilmiş və sertifikat almış MODULE proqra-mının imtahanda tətbiq olunduğunu qeyd edib.
“I və II kurs tələbələri imtahanları 25 sual üzrə veriblər. Hər sualın cavabı 2 balla dəyərləndirilib. Digər tərəfdən isə 25 sual-dan 15-ni baza suallar, 10-nu isə tələbənin görmədiyi suallar təşkil edib. Məqsəd isə ən yaxşı oxuyan tələbəni keyfiyyətcə digərindən seçmək olub. Təkcə histologiya fənninin diaqramasına nəzər yetirdikdə gö-rürük ki, bu fəndən 800-ə yaxın tələbə imtahan verib. Onlardan yalnız bir tələbə 48 bal toplayıb. Bu imtahanda da tələbələrin kəsir sayı demək olar ki, əvvəlkilərlə eyniyyət təşkil edir. Qiymətləndirmə yalnız keyfiyyət fərqindədir. 42-46 arası bal toplayan isə 7 tələbə olub.”
Ş. Bayramov həmçinin əvvəllər keçirilən imtahanlarda düşən sualın 5 cavabı və bun-dan yalnız birinin düz olduğnu qeyd edib: ”Təkcavablı adlanan sualların 5 cavabı var idi, onlardan yalnız biri düz olurdu. Tələbə doğru cavabı tapıb müəyyən etməli idi. Amma I, II kurslarda çoxcavablı olan suallardan istifadə olunur. Bir sualın bir neçə doğru cavabı olur. Tələbələr həmin çavabların hamısını müəyyənləşdirməlidir.
Diqqətinizə çatdırım ki, alınan nəticələr gözəldir və bunu başlanğıc hesab etmək olar. Hesab edirəm, gələcəkdə təkmilləşirmə işlərinə ehtiyac var və bu istiqamətdə mütə-xəs sislər lazımi işlərini görəcəklər.”