ATU tələbələrinin “Şahdağ” turizm mərkəzinə səfərləri təşkil edilib

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin asudə vaxtlarını düzgün və səmərəli keçirmələri üçün “Şahdağ” qış-yay turizm komleksinə səfərləri təşkil edilib. Azərbaycan Gənclər Klubunun təşkilatçılığı və ATU TGT-nin tərəfdaşlığı ilə 21 yanvarda və 1 fevralda turizm mərkəzinə turlar təşkil edilib. Turlarda müvafiq olaraq ATU TGT-nin sədri Tural Əzizov və təşkilatın müavini Rauf Vəliyev rəhbər və nümayəndə qismində iştirak ediblər. Səhər saat 7:00-da başlayan gəzinti axşam 20:00-da bitib.

İştirakçıların gediş-gəlişi komfortlu avtomobillərlə həyata keçirilib. Tələbələr səfərdən çox razı qalıblar. Hər zaman tələbələri düşünən təşkilat bundan sonra da bu tipli birgə gəzintilər təşkil etməyi planlaşdırır. Məlumat üçün bildirək ki, hazırda təşkilatın 1000 nəfərdən çox fəal üzvü var. Təşkilata qoşulmaq istəyənlər fakültə nümayəndələri ilə əlaqə saxlaya bilərlər.