Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Tibbi Ekspertiza Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.
Komissiyanın sədri I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov çıxış edərək komissiyanın əsas prinsipləri haqqında iclas iştirakçılarına məlumat verib.
Professor komissiyanın işinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb: “Əsas məqsədimiz müalicə işlərini müasir səviyyədə qurmaq, diaqnozların düzgün və vaxtında qoyulmasıdır”.
Məlumat üçün bildirək ki, komissiyanın katibi I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Türkan Kərimovadır.
İclasında davamında bir neçə xəstənin klinik təhlili aparılıb.
Komissiya üzvlərinin də iştirakı ilə aparılan təhlillərdə professorlar, şöbə müdirləri və rezidentlər iştirak ediblər.
Qeyd edək ki, Tibbi Ekspertiza Komissiyasının üzvləri professorlar Yaqub Qurbanov və Zakir Əliyev, Uşaq kardio-revmatologiya şöbəsinin müdiri Ələkbər Həsənov, kardioloq Fuad Səmədov və Hematologiya şöbəsinin müdiri Valeh Hüseynovdur.