Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Pediatr Endokrinoloqlar Cəmiyyətinin növbəti iclası keçirilib.
Direktorun müavini Adil Nuriyev çıxış edərək iclasda iştirak edən digər xəstəxanaların həkimlərinə və rezidentlərinə klinikanın iş prinsipləri haqqında məlumat verib və bildirib ki, klinikada tədris prosesi də çox yüksək səviyyədə qurulub.
Daha sonra çıxış edən pediatr, endokrinoloq Gündüz Əhmədov cəmiyyətin gördüyü işlər haqqında iclas iştirakçılarını məlumatlandırıb.
İclasın davamında endokrinoloq İlsur Novruzov endokrin patologiyası olan uşaqlarda kalsium və fosfor mübadiləsinin xüsusiyyətləri haqqında məlumat verib.
Daha sonra həkim-rezident Samirə Nəsibova uşaqlarda kalsium və fosfor mübadiləsinin pozulmasına aid klinik halları iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda pediatrlar, endokrinoloqlar və rezidentlər iştirak ediblər.