Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin rəhbərliyi ilə qrup nümayəndələrinin görüşü keçirilib. Görüşdə fakültənin dekanı Səid Əhmədov, fakültənin dekan müavini Kamran Babayev və fakültənin elmi məsləhətçisi Qələndər Aslanov iştirak ediblər.
ATU-nun stomatologoya fakültəsinin dekan müavini Kamran Babayev çıxış edərək, fakültənin qrup nümayəndələrinin dekanlıqla əlaqələrindən danışıb: “Bəzi qrup nümayəndələrinin fəaliyyəti bizi çox sevindirir. Qrupdaki uşaqları narahat edən nə varsa, dərhal gəlib bizə çatdırır, bu məsələnin həllini tapırıq. Bəziləriniz isə öz vəzifənizə çox laqeyd yanaşırsız. Siz bizim qruplardakı əlimiz-qolumuzsunuzz. Sizin sayəsində tələbələrimizin rahat təhsil alması üçün lazım olan addımları atırıq”.
Daha sonra fakültə dekanı Səid Əhmədov tələbələrin dərslərə davamiyyəti haqqında danışdı. Tələbələri dərslərinə qarşı daha məsuliyyətli olmağa çağırdı: “Unutmayın ki, sizin dərsə davamiyyətiniz imtahanlarda da böyük rol oynayır”. Dekan S.Əhmədov tələbələrə həmçinin imtahan prosesinin qayda və qanunları haqqında da geniş məlumat verdi.
Fakültənin elmi məsləhətçisi Qələndər Aslanov da qrup nümayəndələrini aktiv olmağa dəvət etdi: “Bəziləriniz həqiqətən öz işinizin öhdəsindən gəlirsiz, sizə təşəkkür edirəm. Bəzilərinizi isə mən hələ ilk dəfə burada görürəm. Həmçinin universitetdə ən əsas məsələlərdən biri təhsil haqqının ödənilməsidir. Siz universitetə daxil olarkən müqavilə imzalamısınız, orada bütün şərtlər var. Sizdən bu şərtlərə əməl etməyinizi, ödənişləri gecikdirməməyinizi xahiş edirəm”.
Daha sonra görüş müzakirələrlə davam etdi. Tələbələrin sualları fakültə rəhbərliyi tərəfindən ətraflı cavablandırıldı.