Mart ayının 28-29-da Ukraynanın Xarkov şəhərinin Milli Əczaçılıq Universitetində “İnsanlara çarə - Farmakoterapiyanın müasir problemləri və dərman vasitələrinin təyin edilməsi” II beynəlxalq elmi praktiki konfransı keçirilib.
Konfransda Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının baş laborantı, biologiya üzrə fəlsəfə doktoru Nigar Mikayılova iştirak edib.
O, “Psoriaz, vitiliqo və digər xəstəliklərin müalicəsində istifadə etmək üçün Azərbaycan florasının bəzi bitkilərindən hazırlanmış dərman vasitələri” mövzusunda mühazirə ilə çıxış edib.
Konfransda ATU-nun Framakoqnoziya və botanika kafedrasının baş müəllimi Elvin Kərimlinin məruzəsi də dinlənilib. Məruzələri dinlənilən əməkdaşlar universitet tərəfindən sertifikatlarla təltif olunublar.