Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ATU-nun Tədris Cərrahiyə Klinikası və Medipolun birgə əməkdaşlığı ilə “Prolaktinomanın müasir diaqnostikası və müalicə metodları” adlı seminar keçirilib.
Seminarı giriş sözü ilə direktorun müalicə işləri üzrə müavini Samir Allahverdiyev klinikada bele seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra İstanbul Medipol Universiteti Endokrinoloji və Metabolizm xəstəliklər kafedrasının dosenti, endokrinoloq Mehmet Fatih Kılıçlı “Prolaktinomanın müalicələri” haqqında danışıb.
O bildirib ki, bu xəstəlik kişilərlə müqayisədə qadınlar arasında daha geniş yayılıb.
Xəstəlik zamanı cərrahi müdaxilənin nə dərəcədə vacib olub-olmamasından söz açan, endokrinoloq, xəstələrin əməliyyat olunduğu təqdirdə belə çox sağlam şəkildə həyatlarına davam etdiklərini qeyd edib.
Endokrinoloq prolaktinomaların necə izlənməsi və burda əməliyyata qərar verən zaman həkimlərin diqqətli olmalarını tövsiyə edib.
Seminarın davamında ATU-nun Tədris Cərrahiyyə klinikasının assistenti Namiq Əhmədov “Prolaktinomaların endoskopik minimal invaziv cərrahiyyəsi” haqqında iştirakçılara məlumat verib. O, bu cərrahi müdaxilənin rolundan və onun önəmindən söz açıb.