Tədris Cərrahiyyə Klinikasında praktik kurslar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d., cərrah-endokrinoloq Azər Hümmətovun rəhbərliyi ilə bu gün Tədris Cərrahiyyə Klinikasında endokrinologiya ixtisası üzrə təhsil alan rezidentlər üçün praktik kurslar keçirilib.

 

A.Hümbətovun sözlərinə görə, praktik kurslar rezidentlər və gənc həkimlər üçün çox vacibdir: “Bildiyiniz kimi, indi ATUREK həftəsindəyik. Rezident və gənc həkimlərimiz üçün praktik kursları təşkil etmək qərarına gəldik. Bu kursları təşkil etməkdə məqsədimiz insanlar arasında qalxanabənzər vəzi xəstəliklərinin artmasıdır. Bizim həkimlərimiz bu xəstəliyin həm müalicəsi, həm də cərrahi əməliyyatı ilə məşğuldurlar. Bu səbəbdən də kurslarda endokrinoloq-cərrahın vəzifələri,  aşkar olunan bu patologiyalar haqqında ümumi və geniş məlumat veriləcək”.

 

Qeyd edək ki, kurs nəzəri və praktik vərdişlər hissələrinə bölünüb.