ATU tələbələri “Teatr əvəzolunmaz mədəniyyətdir” layihəsində

Azərbaycan Tibb Universitetinin tələbələri mütəmadi olaraq mədəni tədbirlərdə iştirak edir, mədəniyyət aləmindəki yenilikləri izləyirlər. Bu yaxınlarda ATU-nun Tələbə Gənclər Təşkilatının (ATU TGT) təşkilatçılığı ilə tələbələr Gәnc Tamaşaçılar Teatrında məşhur Azərbaycan ədibi və dramaturqu Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin tamaşasını izləyiblər. Gənclər "Teatr əvəzolunmaz mədəniyyətdir" layihәsi çәrçivәsindә xoş bir hәftәsonu keçiriblər.

Layihə ATU TGT-nin tərkibində fəaliyyət göstərən Layihələr departamentinin təşəbbüsü əsasında reallaşdırılıb. Layihə ilə bağlı materiallar #TeatrMәdәniyәtdir həştəqi ilə sosial şəbəkələrdə paylaşılır.