Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfranslar tələbələr tərəfindən böyük maraqla qarşılanır. Növbəti belə konfranslardan biri də mayın 7-8-də II Müalicə Profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Konfransın 1-ci iş günü 17 təqdimat, 2-ci gün isə 18 məruzə dinlənilib. Fakültənin dekanı, dosent İsrail Məhərrəmbəylinin sədrliyi ilə keçirilən konfransda ümumilikdə 14 nəfərdən ibarət münsiflər heyəti fəaliyyət göstərib.
Təqdimatlara münsiflər heyəti tərəfindən verilən qiymətləndirmə əsasında nəzəri, terapevtik və cərrahi fənlər üzrə yerlər müəyyənləşdirilib. Bütün iştirakçılar sertifikat, ilk yerləri tutanlar isə diplom və müxtəlif hədiyyələrlə təltif olunub. İsrail Məhərrəmbəyli bildirib ki, universitetdə TEC konfranslarına maraq artmaqdadır. Hər dəfə konfransa daha çox məruzənin təqdim olunması bunu sübut edir. Kəmiyyət artımı ilə yanaşı, araşdırmaların keyfiyyətində də irəliləyiş hiss olunur.
II Müalicə Profilaktika Fakültəsinin TEC konfransında qalib seçilən tələbələrin siyahısını təqdim edirik:
Diplomla təltif olunan tələbələr:
7 may 2018
Nəzəri
1ci yer – Rzazadə Elanə
2ci yer – İsmayılova Elnarə
3cü yer – Nəbiyeva Zinayət 3cü yer - Fərhan Namazov
Əhmədova Pədimat Mirxəzər İsmayılov
Terapevtik
1ci yer – Qaraisalı Kamilə
2ci yer – Hüseynli Nihad
3cü yer – Qaraşov Yelmar 3cü yer – Cəfərli M.K.
Cərrahiyyə
1ci yer – Əliyeva Lamiyə
2ci yer – Abduləliyeva Ayan
3cü yer – İsmayılova Suğra
8 may 2018
Nəzəri
1ci yer – Sərkərova Xəyalə
2ci yer - Qəhrəmanova İlahə, Cəfərova Nigar
3cü yer – Mürşüdlü Əlisahib 3cü yer – Osmanlı Gündüz
Terapevtik
1ci yer – Əliyeva Adilə
2ci yer – Məmmədov Rəsul
3cü yer – Ələkbərova Gülgəz 3cü yer – Qaraisalı Kamilə
Cərrahiyyə
1ci yer – Məmmədzadə Türkan
2ci yer – Şabanova Fidan
3cü yer – Qənbərova Leyla