Akademik Əhliman Əmiraslanov Tədris-Cərrahiyyə Klinikasında tələbələrlə görüşdü
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Tədris-Cərrahiyyə Klinikasında təhsil alan tələbələrlə görüşüb. Görüş zamanı akademik, millət vəkili Əhliman Əmiraslanov gələcəyin həkimlərinə bu klinika haqqında məlumat verib. Onun sözlərinə görə, klinikanın şöbələrində ən müasir tibbi avadanlıq quraşdırılıb ki, bunlar da müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir: "Əminəm ki, təhsil zamanı bu klinikada yaradılan imkanlardan yararlanacaqsınız. Bu şərait sizin gələcəkdə peşəkar kadr kimi yetişməyinizə yardımçı olacaq".
Ə.Əmiraslanov qeyd etdi ki, tələbələr Tədris-Cərrahiyyə Klinikasında həyata keçirilən əməliyyatları izləyə biləcək, rezdientlər isə rezidenturanı burada keçə biləcəklər. Görüşün sonunda rektor Ə.Əmiraslanov tələbələrin suallarını cavalandırdı, onlara təhsillərində uğurlar arzuladı.
Tədbirin sonunda tibb elmləri doktoru, professor, Orqan Köçürmə Mərkəzinin Qaraciyər Nəqli İnstitutunun müdiri, Nuru Bayramov tərəfindən "Qaraciyərin cərrahi xəstəlikləri" mövzusunda mühazirə səsləndirildi.