Bizi izləyin:
Heydər Əliyev
ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

     Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənovun “Cycloaddition of CO2 with epoxides into cyclic carbonates catalyzed by cobalt(II or II/III)-arylhydrazonates” adlı məqaləsi “Journal of Organometallic Chemistry” jurnalında dərc olunub. Bu jurnal “Web of Science” beynəlxalq indeksləşdirmə bazasında Q2 (Quartile) səviyyəsinə və 2,4 impakt faktora malikdir.
    Məqalədə kobaltın tsiklik karbonatlarla 24 saat, 60 dərəcə temperaturda, 40 bar təzyiqdə 74% çıxımla qarışıqliqandlı kompleksləri tədqiq edilib. Alınan kompleks birləşmənin CO_2-ni adsorbsiya etməklə bəzi bioloji fəallıqlar göstərməsi tədqiq edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.