Professor Vaqif Qələndər beynəlxalq konfransda çıxış edib

Bu günlərdə Türküyənin Ege Universitetində XI Rinoplastika və üz estetikası üzrə elmi konfransı keçirilib. Beynəlxalq miqyaslı toplantıda Azərbaycandan tanınmış plastik cərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və konstruktiv cərrahı, professor Vaqif Qələndər təmsil edib.

 

Professor V.Qələndər konfransda “Palponazoosteomiya texnikasının plastik cərrahiyyədə ən müasir aspektləri”  mövzusunda çıxış edib. Plastik cərrahiyyənin ən aktual mövzularından biri olan bu məsələ ətrafında məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

 

Eyni zamand, Ege Universitetinin rektoru Prof. Necdet Budak da  öz çıxışında Azəbaycan Tibb Universiteti ilə əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirib. Və iki universitet arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndiriləcəyini deyib.

 

Qeyd edək ki, Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı professor Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. Vaqif Qələndər həmçinin Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə metodu,78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub.