II müalicə-profilaktika fakültəsinin dekanlıq nümayəndələrinin də I kurs tələbələri ilə görüşü keçirilib.
Fakültənin dekan müavini, dosent Sevinc Məhərrəmova tələbə adını qazanan gənclərimizi təbrik edib, onların valideynlərinə gözaydınlığı verib.
I kurs tələbələrini universitetin daxili nizam-intizam qaydaları ilə tanış edən dekan müavini 60 kredit, ardıcıllıq tələb edən və etməyən fənlər, qiymətləndirmə, ödənişli imtahanlar və dəvamiyyət haqqında önəmli məqamları diqqətə çatdırıb.
Patoloji anatomiya kafedrasının dosenti Sərdar Əliyev də səmimi təbriklərini və ürək sözlərini tələbələrlə, onların valideynləri ilə bölüşüb.
Qeyd edək ki, ATU-ya yeni qəbul olunmuş tələbələrlə görüşlərə tələbə həyatının sevincini yaşayan gənclərin valideynləri də qatılıblar.