Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib

Sentyabr ayının əvvəlində İsrailin paytaxtı Telaviv şəhərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib. Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin Səhiyyə Nazirliyi və Telaviv Universitetinin dəstəyilə keçirilən toplantıda məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və praktiki problemləri müzakirə olunub.

Konqresdə 2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti olan azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib.

 

Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub. Bu  komitədə V.Məmmədov Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə layihələr həyata keçirəcək.  professor Məmmədov 2019-cu ildən etibarən Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etmək üçün də səs toplayıb.  Qeyd edək ki, Vüqar Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəridir.

 

Konqresdə təkcə alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər.  

 

Xatırladaq ki, DTHA 2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyilə 23-cü Dünya Tibbi Hüquq Konqresini keçirib. Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” təltifi və DTHA-nın Fəxri Diplomu 11 iyul tarixində keçirilən konqresin açılış mərasimində təqdim edilib. Mehriban xanım Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi  layihələri, və eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. 

 

DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC)  və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.

 

DTHA təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi Amerikanın əfsanəsi, «ulduzların eksperti», dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən hesab olunur. 20 ildən çox Kaliforniyanın və Hollivudun baş məhkəmə-tibbi eksperti olduğu üçün senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məhşurların qətl və müəmmalı ölüm işlərinin tədqiqatçısı olub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

 

DTHA-nın rəsmi veb-saytında tədbir haqqda əlavə məlumat əldə etmək olar: wafml.memberlodge.org и thewaml.com

məhkəmə-tibbi ekspertiza, hüquqi məsuliyyət və risqlərin qiymətləndirilməsi, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi,

həyatın başlanğıcında və sonunda olan hüquqi və etik məsələlər, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri kimi aktual məsələlər müzakirə olunub. Konqres iştirakçıları həmçinin bioetika və insan haqları, ruhi sağlamlıq sahəsində hüquqi və etik məsələlər, ictimai səhiyyə və ekoloji etika, humanitar təbabət,   din və tibbi etika, tədqiqat etikası və hüquq, orqan və toxumaların transplantasiyası, genetika, etika və hüquq kimi məsələlər ətrafında diskussiya aparıblar.

 

25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin dəstəyi ilə keçiriləcək.